Tarix : 2019 Aug 26
Kod 58724

Ermənilər etiraf edir: Paşinyan nüfuzdan düşüb

Ermənilər etiraf edir: Paşinyan nüfuzdan düşüb
Arannews-Virtualaz.org bildirir ki, sorğuda iştirak edən Yerevan sakinləri bildiriblər ki, artıq Ermənistanda yaşamaq dözülməz hal alıb. Sakinlər daha çox maddi problemlərdən və işsizlikdən şikayətləniblər.
Diqqətə çatdırılıb ki, hazırki ölkə rəhbəri Nikol Paşinyan xalqa verdiyi vədlərin heç birinə əməl etməyib, insanlar aclıq və səfalət içində yaşayırlar. Yeni iş yerləri açılmır, gənclər və orta yaşlı insanlar işləmək üçün xarici ölkələrə üz tuturlar.
Ümumilikdə isə respondentlərin 75 faizi yeni hökumətə inanmadığını bəyan edib. Adıçəkilən KİV sorğunun nəticələri əsasında “Paşinyan xalq arasında nüfuzdan düşüb” adlı yazı dərc edib.
Bu arada Ermənistanın Vatikandakı keçmiş səfiri, Serj Sarkisyanın kürəkəni Mikayıl Minasyan vətəndaşları Paşinyan əleyhinə üsyana qalxmağa çağırıb. Hazırda xaricdə yaşayan Mikayıl Minasyan yeni hökuməti səriştəsizlikdə ittiham edib. Bir daha bəyan edib ki, Paşinyan hakimiyyətə əvvəlki hökumət üzvlərindən qisas almaq məqsədilə gəlib. Paşinyan Robert Koçaryanı həbs etdirib. Yaxın günlərdə isə keçmiş müdafiə naziri Seyran Ohanyanın və başqa generalların həbs tapşırığını verəcək.
Xatırladaq ki, Mikayıl Minasyanın özünü də həbs gözləyir. Onun adı korrupsiyada hallanır.
  • Yazılıb
  • da (də) 2019 Aug 26
  • Göndərən جهان کمالی