Tarix : 2019 Aug 26
Kod 58726

Hizbullah lideri Beyruta hücuma görə İsrailə ciddi xəbərdarlıq etdi

Hizbullah lideri Həsən Nəsrullah İsrailin şənbə günü Beyruta, eləcə də Suriyanın cənubunda hərəkatın mövqelərinə etdiyi hücuma görə cavab addımlarının həyata keçiriləcəyi ilə bağlı xəbərdarlıq edib.

İslaminSesi"  xəbər verir ki, Hizbullah lideri Həsən Nəsrullah ötən gün Livan-Suriya sərhədi bölgələrinin terrordan təmizlənməsi zəfərinin ildönümü münasibətilə çıxış edərkən İsrailə ciddi xəbərdarlıq edib.

Şənbə günü Suriyada və Beyrutun cənubunda hərəkatın mövqelərinə edilən hücumu ciddi hadisə və təhlükəli dönüş nöqtəsi adlandıran Hizbullah lideri İsrailin heç bir hücumunun cavabsız qalmayacağını bildirib.

"Biz Livanda belə bir prosesin baş alıb getməsinə icazə verməyəcəyik. Bunun qarşısını almaq üçün hər şeyi edəcəyik. İsrailin gəlib Livanı vurması və bununla yanaşı təhlükəsizlikdə qalması zamanı geridə qalıb."

Həsən Nəsrullah çıxışının bir hissəsində bildirib ki, İsrail baş naziri Benyamin Netanyahu seçkilər öncəsi belə hücumları həyata keçirməklə seçki kompaniyasında qələbəsini təmin etmək istəyir.

"Adətən belədir ki, İsrail partiyaları seçkilər öncəsi fələstinlilərin, livanlıların, suriyalı və ya digər bölgə xalqlarının qanı ilə təbliğat-təşviqat kompaniyalarına başlayırlar. Ey israillilər Netanyahu bu dəfə (Livan və Suriyaya hücum etməklə) sizin qanınızla seçki kompaniyasına gedir. Netanyahu sizin qanınızla oynayır və hər tərəfdən sizə atəş və alovun yağdırılmasına səbəb olur. O, korrupsiyada ittiham olunur və baş nazir olmasa həbsə düşəcək. Ona görö seçkiqabağı qan tökür...", deyə Həsən Nəsrullah Livana hücumların həyata keçirilməsinin ağır nəticələrilə bağlı xəbərdarlıq verib.

  • Yazılıb
  • da (də) 2019 Aug 26
  • Göndərən جهان کمالی