Tarix : 2019 Sep 08
Kod 58798

Ermənilər bunu da etdi: Arazboyu ərazilər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşü ərəfəsində İrəvan növbəti destruktiv addım atıb.

Arannews-Modern.az-a istinadla xəbər verir ki, düşmən ölkə Qarabağın Arazboyu ərazilərində yerləşən Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında kütləvi köçürmə prosesinə başlayır. Bunun üçün Arazboyu kəndlərin münbit, əkinə yararlı torpaqlarında iri təsərrüfatların yaradılması planlaşdırılır. 2018-ci ildə yaradılan "Zona Araz” şirkətinin direktoru Qriqori Səfəryan bölgədə 3 min hektar sahədə meyvə bağlarının salındığını deyib.

"170 hektar ərazi suvarma sistemi ilə təmin olunub. Hazırda 56 hektarda üzüm, 25 hektarda nar, 15 hektarda alma bağları salınıb. Eyni zamanda, heyva, ananas, şaftalı və s. bağlar da salınıb”, - o bildirib.

Yerli qondarma administrasiyanın üzvü Kamo Petrosyan bölgədə işçi qüvvəsi ilə bağlı problemlərdən şikayətlənib:

"Burda torpaq sahələri çoxdur. Məhsul əldə etmək üçün işçi qüvvəsinə ehtiyacımız var. Amma dövlət dəstəyi aldığımız üçün yeni işçilərin gələcəyinə inamım var”.

  • Yazılıb
  • da (də) 2019 Sep 08
  • Göndərən جهان کمالی