Tarix : 2019 Sep 14
Kod 58824

Mirşahin Sərdar Cəlaloğluya düz deyib, o, Mirşahinlə bir məclisdə oturmamalıydı

Güya iqtiar, müxalifət, mediya mənsublarının iştirakı ilə bir konfrans düzəldiblər. Amma müxalifətdən nə Cəmil Həsənli, nə Əli Kərimli, nə İsa Qəmbər və s. kimi həqiqi müxalifətin digər üzvləri konfransda iştirak etmirdilər. Onlardan hiddətcə daha az olan Sərdar bəy, Əli Əliyev kimi müxalifət partiya liderlərini dəvət edib konfrans təşkil ediblər.

Arannews-Hətta, cib və sezon müxalifəti olan Allahın “balığı” olan Hafiz Hacıyevi də dəvət etməyiblər. Çünki Hafiz Hacıyev gəlsə orda oturan Əli Əhmədovun rəisi olan baş naziri və bütün məmurları tənqid edəcək, arvadlarının erməni, özlərinin namussuz, vətən xaini olduqlarını bildirəcəkdi. Əli Kərimli kimi müxalifətlər də ona görə dəvət olunmayıb ki, o gəlib daha köklü və mühüm məsələlərdən danışacaq, bütün vaxt ancaq onun İlham Əliyevi “neprav” çıxarmasına, iqtidar və onun əlaltılarının da Əli bəyə cavab verməsinə sərf olunacaqdı.
Əsas məsələ də budur- əsas məsələləri kənara qoyub lazımsız məsələlərdən danışmaq. Məsələn konfransın adına baxın; xarici ölkələrdən güya müdaxilələr edilir. Gözəl bilirlər ki, hakimiyyət - ən birinci adamdan tutmuş sonuncu adamına, nazirinə, deputatına qədər söyülür. Bu söyüşü birinci özünüz yaratmısınız. Bu qədər mühacirlərin ailələrinə işgəncə verirsiniz, onlar da söyüşdən başqa bir çarə tapa bilmirlər. İkincisi, Mirşahin kimi əxlaqsız, mənəviyyatsız insanlara kanal açıb verib Sevinc Osmanqızını söydürəndə elə olacaqdı da. Onlar da “abratnı” qayıdıb nəslinizdə bir nəfər qoymayacaqdı. Niyə buna şərait yaradırsınız. Biz söyüş müxalifətinə bəraət qazandırmadığımız kimi onu öz yaramazlığı ilə yaradan söyüş iqtidarına və onun təhqirləri olan Mirşahini də qınayırıq.
Mirşahin orada Sərdar bəyə deyir ki, bu cür konfranslara gəlməməliydi. Bax, burda düz deyir. Biz sonuncu prezident seçkilərində zatən Sərdar bəyin ordakı saxta müxalifət və iqtidarla bir zalda oturmasını qınamışdıq. Bu dəfə isə nahaqq yerə Mirşahin kimi bir şəxsiyyətsiz, mənəviyyatsız insanla bir dam altında nəfəs alırdı. Çünki Mirşahinin verdiyi nəfəs belə zərərlidir.
Bu konfransı görünür iqtidar düzəldib. Çünki Mirşahini ora gətirməklə söyüş müxalifətinə bir az da güc veriblər. Çünki Mirşahini orda görənlər – elə Sərdar bəyin özü də - bütün dişinin dibindən gələn söyüşləri yağdırmaq üçün bircə “Allah C. Əliyevə rəhmət eləsin” deyir. Bu, sanki şəxsiyyətsiz Mirşahin üçün “ağzının dadını pozmayan”, ləyaqətli insanlar üçün mədəni bir söyüşə çevrilib. Bunu isə Mirşahin yaltaqlığı, şərəfsizliyi, özünü, ailəsini söydürməklə, başqalarının ana-bacısını söyməklə rəvac verir. Hələ bir orada utanmaz-utanmaz deyir ki, gərək əxlaqsız söz yazıb, şərh verməsinlər. Halbuki əxlaqsızın yekəsi özüdür. Bir nəfər də bunu demir?
Konfransın adına gəldikdə isə bu ad kökündən yanlışdır. Çünki birincisi sübut eləmək lazımdır ki, söyən müxalifət “xarici dövlətin müxalifətidir”. İnsan çiy süd əmib, bəlkə də xarici dövlətlərin müxalifətidir. Amma onlar dövlətin əleyhinə bir söz demir, sadəcə Mirşahinin söyüşlərini, ailələrinin incidilməsini “abratnı” İlham Əliyevə qaytarırlar. Əslinə qalanda isə iqtidarı söymk üçün xarici dövlətə nə gərək? Məgər sosial şəbəkələrdə Azərbaycanda yaşayan vətəndaşlar bütün günü Azərbaycan iqtidarına, məmurlara, deputatlara söyüş, lənət yağdırmırmı? Mirşahinin bircə səsi, Novruzovun mordası, Hadının gic-gic çıxışları iqtidarı söymək üçün kifayət etmirmi? Bir də ki, iqtidar söyüş söyən müxalifəti xarici dövlətin müxlaifəti adlandırırsa buna inanmamaq gərək. Yenə də iqtidar deməsəydi kimsə düşünə bilərdi ki, onlar xarici dövlətin müxalifətidir. Amma bunu iqtidar deyirsə gərək inanmayasan. Çünki iqtidar ölkədə hətta onun deputatına belə tənqid yağdıran insanları erməni agentləri adlandırır. Bir ölkədəki dünyanın ən pak insanları – ruhaniləri xaricdə təhsil aldığı üçün “İran agenti” adlandırılır, burada hansı səmimiyyətdən söhbət gedə bilər.
  • Yazılıb
  • da (də) 2019 Sep 14
  • Göndərən جهان کمالی