Tarix : 2019 Sep 14
Kod 58825

Milli Şura yeni mitinq təyin edib

Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 28-i saat 15:00-a ümumxalq mitinqi təyin edib.
Bu haqda məlumatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, həmçinin Milli Şura üzvü Əli Kərimli deyib.
Mitinq 5 tələb ilə keçiriləcək. Tələblər arasında Qarabağa azadlıq, seçki islahatları, siyasi məhbuslara azadlıq, uşaqpulu və tibbi sığorta tələbi  var.
Bakı şəhər İcra Hakimiyyətini razılıq verdikdən sonra mitinqin keçiriləcəyi yer açıqlanacaq.
Mitinqin keçirilməsi üçün Milli Şura "28 May” metrostansiyasının qarşısını təklif edib. Təkliflər arasında həmçinin  Tofiq Bəhramov adına stadionun və Narimanov parkının qarşısındakı meydanlar da var.
Əli Kərimli aksiyanın keçiriləcəyi yerlərlə bağlı danışıqlar aparılması üçün təşkilat komitəsinə səlahiyyətlər verildiyini deyib. 
Milli Şuranın daha əvvəl mitinqlərini keçirdiyi "Məhsul” stadionu 10 sentyabrda Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təmir işləri üçün bağlanıb.
19 yanvar mitinqindən sonra Milli Şuranın yeni aksiya tələblərinin hamısı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən rədd edilib.
  • Yazılıb
  • da (də) 2019 Sep 14
  • Göndərən جهان کمالی