Tarix : 2019 Sep 15
Kod 58827

Trampın Bakıya dəstəyi: müqavilə nəyin göstəricisidir

Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın ölkəmizlə münasibətləri daha da yaxşılaşmağa başladı. Kəşfiyyat avadanlıqlarının satılması barədə müqavilə məhz bundan xəbər verir.

Arannews-Bu sözləri Axar.az-a politoloq Əhəd Məmmədli ABŞ-ın Hərbi Dəniz Sistemləri Komandanlığının VSE korporasiyası ilə 10 082 812 dollar həcmində müqavilə imzalamasına münasibət bildirərkən deyib. O bildirib ki, bu müqavilənin bağlanması Azərbaycan-ABŞ münasibətlərini yeni müstəviyə qaldıracaq:

“Əvvəllər iki ölkə arasındakı əlaqələri heç də ürəkaçan adlandırmazdım. Tramp hakimiyyətə gələndən sonra isə fərqli siyasətin şahidi oluruq ki, bu siyasət Azərbaycanla münasibətlərdə də özünü göstərməkdədir. Ümumiyyətlə, rəsmi Bakı ABŞ -la da hərbi əməkdaşlığı gücləndirmək xəttini seçib. Düşünürəm ki, bu, ölkəmizin milli maraqları baxımından çox düzgün yoldur”.

Ə.Məmmədli bildirib ki, ölkəmiz təhlükəsizliyini qorumaq üçün ən düzgün olan addımları atır:

“Bu müqavilə bizim üçün çox önəmlidir. Hesab edirəm ki, bu əməkdaşlıq sayəsində gələcəkdə bizim üçün böyük imkanlar yaranacaq. Həmçinin, sözügedən müqavilə Azərbaycanın təhlükəsizliyi üçün də vacib məsələdir”.

Qeyd edək ki, ABŞ-ın Hərbi Dəniz Sistemləri Komandanlığı VSE korporasiyası ilə 10 082 812 dollar həcmində müqavilə imzalayıb. Müqaviləyə əsasən, VSE Azərbaycana antiterror və əks-kəşfiyyat qurğuları çatdırmalı, eləcə də Xəzər dənizində Azərbaycanın dəniz təhlükəsizliyi proqramına dəstək üçün ölkə

  • Yazılıb
  • da (də) 2019 Sep 15
  • Göndərən جهان کمالی