Tarix : 2019 Sep 16
Kod 58835

Erməni dığaları Zəngilanın merliyi uğrunda davaya qalxdı-FOTOLAR

Erməni dığaları Zəngilanın merliyi uğrunda davaya qalxdı

Nə qədər ki, biz torpaqlarımız uğrunda gerçək davaya qalxmamışıq, yurd-yuvamıza sahiblənmiş ermənilərin belə davalarına kənardan hələ çox tamaşa edəcəyik...

 

Sentyabrın 12-dən başlayaraq Azərbaycanın “Kovsakan” adlandırılmış işğal altındakı Zəngilan şəhərindəki məktəbin şagirdlərinin əksəriyyəti dərslərə gəlməyib.
 

 
İslaminSesi Moderator.az-a istinadla xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, buna səbəb sentyabrın 8-də qondarma rejimin nəzarət etdiyi Azərbaycan ərazilərində faktiki keçirilmiş mer seçkilərində qalib gəldiyi hesab edilən məktəbin müəllimi, eyni zamanda məktəb direktorunun oğlu olan Suren Karamyanın qələbəsinin təsdiqlənməməsidir. Ona alternativ olmuş digər namizəd Njde Madoyan hesab edir ki,  rəqibi atasının direktor olmasından yararlanaraq seçki zamanı inzibati vasitələrdən istifadə etməklə saxta yolla səs toplayıb. S.Karamyanın tərəfdarı olan erməni valideynlər isə məktəbdəki seçki məntəqəsinə yığışaraq “Kaşataq rayonu”nun(Laçın, Qubadlı, Zəngilan) başçısı Stepan Sərkisyanın qalmaqalla bağlı bəyanatını gözləyir.  S.Sərkisyan isə mediaya bildirib ki, hər iki tərəflə danışıqlar aparılır və məsələnin dinc şəkildə və “qanun” çərçivəsində həllinə çalışılır. 
  • Yazılıb
  • da (də) 2019 Sep 16
  • Göndərən جهان کمالی