Tarix : 2019 Sep 17
Kod 58838

Şəhid Mübariz İbrahimovun ev muzeyi açılır

Şəhid Seyid Mübariz İbrahimovun ev muzeyi açılır

İslamazeri.com xəbər verir ki, Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi açılır. 

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, muzey istifadəyə verildikdən sonra qəhrəmanın yaşadığı evdə saxlanılan şəxsi əşyaları burada sərgilənəcək. 

Azərbaycanın Milli Qəhrəmanı M.İbrahimovun ev muzeyi doğulub boya-başa çatdığı rayonun Əliabad kəndindəki ata evinin həyətində inşa olunub. Mart ayından başlanan tikinti işləri artıq tamamlanmaq üzrədir.

 Bir mərtəbədən ibarət olan muzeyin sərgi zalında Milli Qəhrəmana aid eksponatlar yer alacaq. Muzeyə gələn ziyarətçilərin rahatlığı üçün zalda isitmə və soyutma sistemləri quraşdırılıb. Eləcə də, M.İbrahimovun həyatı barədə maraqlı məqamları qeyd etmək istəyənlər üçün burada stol, stul yerləşdirilib. 

Dövlət dəstəyi ilə tikilən muzey yaxın günlərdə istifadəyə veriləcək.

  • Yazılıb
  • da (də) 2019 Sep 17
  • Göndərən جهان کمالی