Tarix : 2019 Sep 22
Kod 58865

Ustad Məhəmmədhüseyn Şəhriyarın vəfatının 31-ci ildönümü münasibətilə

İran yurdunun söz mülkünün şahı Ustad Şəhriyar 1285-ci günəş (1906-cı miladi) ilində Təbrizin Xoşknab məhəlləsidə dünyaya göz açdı və 27 şəhrivər 1367-ci (17 sentyabr, 1988) ilin birinci saatında Tehranın Mehr xəstəxanasında bu maddi cahanla vidalaşdı, canını can yaradana təslim etdi. Beləliklə, İran yurdunun müasir farsca nəsr və nəzminin səmasından böyük bir ulduz bu dəfə Azərbaycan ərazisində qürub etdi.
AranNews – 31 il əvvəl Şəhriyar təxəllüslü Seyid Məhəmmədhüseyn Behcət Təbrizi belə bir gündə vəfat etdi. Bu münasibətlə 27 şəhrivər “Fars Şer və Ədəbiyyatı” və “Ustad Şəhriyarın Uca Tutulması Günü” adlandı. Mərhum Şəhriyarın ürəkoxşayan sözü və gözəl şerləri farsca şer həvəskarlarının ruhunu oxşayır. O, yaşının çoxluğu və bədəninin zəifləməsi üzündən düçar olduğu uzunmüddətli xəstəlikdən sonra  27 şəhrivər 1367-ci (17 sentyabr, 1988) ilin birinci saatında Tehranın Mehr xəstəxanasında bu maddi cahanla vidalaşdı, canını can yaradana təslim etdi. Beləliklə, İran yurdunun müasir farsca nəsr və nəzminin səmasından böyük bir ulduz bu dəfə Azərbaycan ərazisində qürub etdi. Bu dəyərli ustadın vəfat günü münasibətilə başsağlığı verməklə yanaşı onun adını uca tuturuq.
Azəri türkü və fars dillərində şer söyləmiş Ustad Şəhriyar sözün əsl mənasında bacarıqlı bir şair idi. Onun şəxsiyyətini tanıtmaq üçün şerlərinin müxtəlif aspektlərinə və onun şəxsiyyətinə diqqət yetirmək lazımdır.
 
Şəhriyarın şerinin üç dövrü
Müasir söz ustadı Şəhriyar 28000 beyt şer farsca və təqribən 3000 beyt şer azəricə söyləmişdir.
Ədəbiyyatçılar Şərhriyarın şer həyatını üç fərqli dövrə bölüblər:
- Sərgərdanlıq dövrü;
- Gənclik dövrü, milli və vətənpərəstlik dövrü;
- Xalis İslam vasitəsilə allahçılığa söykəniş dövrü.
Ali Məqamlı Rəhbər həzrət Ayətullah Xamenei Şəhriyarın şerinin üçüncü dövrü barədə deyir: “Bu tanınmış şair çox gözəl irfani və mənəvi bir dövrünü Quran, mənəviyyat və nəfsi paklaşdırma ilə ünsiyyətlə keçirmişdir, öz batin və mənəviyyatına səfa bəxş etməyə səy etmişdir.”
Ali Məqamlı Rəhbər başqa bir çıxışında deyir: “Şəhriyar çox təvazökar idi, ad-san ardınca deyildi, Allaha xatir və öz vəzifəsini yerinə yetirmək üçün iş görürdü. Bu gün Allah onun mükafatını verir. Bu gün Şəhriyar bizim ölkəmizdə nurani və sevimli bir simadır. Bu, onun Allaha xatir etdiyi iş və göstərdiyi xidmətlərinə görədir.”
 
Şəhriyarın şerinin mənəvi-insani aspekti
Ustad Şəhriyar bu tufanlı dünyada, insanlıq və mənəviyyatın məhv olduğu əsrdə sözün əsl mənasında bir insan kimi düşünmüş, insanların öz həmnövlərinə etdiyi zülmlərə, qətllərə etiraz səsini qaldırmışdır. Şair bu növ şerlərində zorakılıq və qəddarlığın yerinə mənəviyyat və məhəbbəti, düşmənçilik və qan tökməyin yerinə dostluq və sevgini tövsiyə etmişdir.
Şəhriyarın bu növ şerlərində mənəvi və insani təfəkkürü iki əsas təmələ söykənir:
Həqiqi eşq;
Təqva ilə yanaşı olan elm və bilik.
“Peyam be Eynşteyn” (Eynşteynə ismarış) şerində deyir:
“Eynşteyn qəhər məni boğur, xahiş edirəm öz dahiliyini insanın yarasının sağalmasına sərf et.”
 
Heydərbaba; Şəhriyarın şah əsəri
Türkcə söylənmiş “Heydərbabaya salam” poeması Ustad Şəhriyarın bənzərsiz əsəri olaraq bir şah əsər kimi ədəbiyyatsevərlərin diqqətini özünə cəlb etmişdir və indiyə kimi dünyanın 90-dan çox diri dillərinə tərcümə edilmişdir. Poema 1331-ci (m.1952) ildə, Şəhriyarın anası Kövkəb xanımın vəfat etdiyi bir ildə şairin ana dilində-azəri türkcəsi ilə söylənmişdir. Poema Şəhriyarın Azərbaycan əhalisinə eşqdən qaynaqlanan sevgisinin təcəllisidir.
Heydərbabaya salam adət-ənənələr, dastan və inanclar, yerli uşaq oyunları, ata-baba yurdunun böyüklərinin comərdlikləri, mərdlik əfsanələri və simvolları, qürbət və eldən ayrılıq ağrısı, ilin müxtəlif fəsillərində təbiətin cilvələri, şairin həyatdan aldığı ibrətlərin toplusudur.  
Poema azəri türkcəsi ilə söylənən ən yaxşı ədəbiyyat əsərlərindən sayılır və dünyanın bir çox universitetlərində, o cümlədən Amerikanın Kolumbiya Universitetində ondan söz açılmış, barəsində doktorluq dissertasiyası yazılmışdır.
 
Dünyaya yayılmış şöhrət
Ustad Şəhriyarın şöhrəti İranın daxili coğrafiyasından çıxmış və hal-hazırda dünyanın bir çox ölkələrində tanınmış şəxsiyyətə çevrilmişdir. Dövrümüzün tanınmış inqilabçı şairi mərhum Ustad Mehrdad Avesta bu barədə deyir: “Sözsüz, zamanın söz ustadları arasında Şəhriyar kimi şöhrəti hər yerə yayılmış şair azdır.”
Şəhriyar o qədər məşhurdur ki, hal-hazırda Qafqazda və Orta Asiyada onun adına küçələr, sərgi salonları, parklar və digər ümumi məkanlar vardır. Habelə, şairin farsca yazılmış bir çox əsərləri türk, rus, bolqar, yuqoslav, alman, litva, latvi, eston dillərinə tərcümə edilmişdir.
İran mülkünün Şəhriyarının xatirəsinin əbədiləşməsi üçün Təbriz Bələdiyyəsi təqdirəlayiq addım ataraq Ustad Məhəmmədhüseyn Şəhriyarın evini satın almış və onu Şəhriyarın ədəbiyyat muzeyi etmişdir.
 
Şəhriyar və Əhli-beyt (ə)
Ustad Şəhriyar İslam Peyğəmbəri (s) və Əhli-beytin (ə) aşiqi olmuşdur. Şair bu barədə deyir:
“Allahın ərşi Məhəmməd (s) və onun Əhli-beyti (ə) ilə durmuşdur. Gör, Məhəmməd (s) və onun Əhli-beytinin (ə) məqamı hara yüksəlir.”
Ustadın məsum imamlara (ə), əsasən də İmam Əliyə (ə) xüsusi sevgisi “Humayi-rəhmət”, “Ya Əli”, “Şəb və Əli”, “Əli və dünya” əsərlərində aydın görünür:
“Əli, o Allahın şiri, ərəb şahı
Gecə yarısı ilə ülfəti vardı
Gecə Əlinin sirlərindən agahdı
Gecə yarı məhzəri Sirrullahdı”
“Həmaseyi-Huseyni” və “Karivani-Kərbəla” əsərlərində də Şəhriyarın şəhidlər sərvəri İmam Hüseynə (ə) sevgisi özünü açıq-aydın göstərir:
“Şiələr! Neynəva havasındadır Hüseyn
Qəlbi Kərbəla karivanındadır Hüseyn.”
Şair Məhərrəm ayı ilə bağlı deyir:
“Məhərrəm gəldi, üfüqlər mat və məhzun oldu
Bu diyarın möhnət qübarı qalxdı.”
 
Şəhriyar və İslam İnqilabı
Ustad Şəhriyar İranın inqilabçı xalqı ilə birlikdə şer və qələm silahı vasitəsilə mübarizəyə qalxdı, İslam İnqilabı hadisələrini yazdı. Ali Məqamlı Rəhbər Şəhriyarın həyatının bu əhval-ruhiyyəsi barədə deyir: “İnqilabın qələbəsindən sonra Şəhriyar həmin din əhval-ruhiyyəsi, pak və işıqlı təfəkkürü ilə inqilabı çox yaxşı qarşıladı.”
Ali Məqamlı Rəhbər Şəhriyarın vəfatı münasibətilə verdiyi başsağlığı məktubunda da deyir: “Bu böyük insan və dəyərli şair gənc, şövq və sevgi ilə dolu ürəklə və İnqilab dövrünün şairinin böyük vəzifəsini dərk etməklə özünün bütün zövq və incəsənət sərmayəsini ölkəsi və xalqının seçdiyi, ona çatmaq üçün fədakarlıq etdiyi bir məqsəd və amal uğrunda sərf etdi... O, Quranın aşiqi idi və Quranın təcəssümünü İslam İnqilabında gördü. Ona görə də İnqilaba xidmət etdi, canını İnqilaba fəda edən xalqın istəyinə müsbət cavab verdi.”
 
Şəhriyar və müharibə
Ustad Şəhriyar zorla qəbul etdirilmiş müharibə dövründə oxuduğu şerlərlə xalq arasında və fars ədəbiyyatında canlılıq və həyəcan yaradırdı.
“Salam ey dilavər cəngavərlər
Qanına qəltan olmuş nəhənglər
Salam ey sıraya düzülmüş qayalar
Dağ kimi tanklar qarşısında dayanmışlar.
Salam ey şəhidlər ailəsi ata, ana, qardaş ya bacı
Yüz zülm dağı ilə yorulmayıb, zülmkara öz yerini göstərən
Sən də pakların qanı ilə Şəhriyar
Bu divanü-dəftərin vərəqlərin yu.”
Ustad Şəhriyar 1367-ci (m.1988) ildə Müqəddəs Müdafiə incəsənət və ədəbiyyatı toplantısında seçilmiş şerlərinə görə, həzrət İmam Xomeyni (r) Qızıl Dəsti-Xətti təqdirnaməsinə, fəxri doploma və toplantının xatirə sikkəsinə layiq görüldü.
 
Ali Məqamlı Rəhbər və Şəhriyar
Şəhriyarın uca tutulması
Ali Məqamlı Rəhbər Şəhriyarın farsca şeri barədə deyir: “Şəhriyarın farsca olan şerinin əsas xüsusiyyəti odur ki, şer sözün həqiqi mənasınadır, yəni təkcə sözlərin düzülüşü deyil, hiss və xəyalın məğzidir. Bəzən bu dil daha yüksəlir. Şəhriyarın farsca şerində elə qəzəllər vardır ki, farsca yazılmış birinci dərəcəli şerlər sırasındadır... Bu, onu dövrümüzün ən böyük şairləri sırasına daxil edir.”
 
“Heydərbabaya salam” barədə
Ali Məqamlı Rəhbər Şəhriyarın ən məşhur şerlərindən olan “Heydər babaya salam” barədə deyir: “Şəhriyar İran tarixinin bütün dövrlərinin ən böyük şairlərindən biridir və bu, onun “Heydər babaya salam” şerinə görədir. “Heydər babaya salam” müstəsna bir şerdir. Rəvan və sərbəstlik, səfa, şirin söz və şerə aid digər xüsusiyyətlərin hamısı “Heydər babaya salam”-da vardır. Bir adi şerdə şairin öz zehnində qabaqcadan olan təsəvvür hikmətlə süzülüb gəlmişdir. Bu əsasla, Şəhriyarı arif şair adlandırmaq olar.”
 
Ustad Şəhriyarın vəfatı ilə bağlı məktub
Ali Məqamlı Rəhbər Ustad Şəhriyarın vəfatı münasibətilə verdiyi başsağlığında deyir: “İranın şer və ədəbiyyatının şəhriyarı vəfat etdi, farsca qəzəl oxuyan bülbül söndü. Yarım əsrdən çox idi ki, Şəhriyar rəngarəng çırağlar parlayan şer, səfa və xalisliyi ilə ədəbiyyat və incəsənətsevərlərin qəlb və zehnini nurlandırırdı, öz ana dili deyil, qəlb, ruh və hissinin dili olan bir dildə ürəklərə şeyda, həyəcan və hal bəxş edirdi.... Şəhriyarın ən parlaq məharəti odur ki, öz tarixi vəzifəsini tanıdı, bütün vücudu və kamil ixlasla ona əməl etdi.”
 
Cənnət quşunun pərvazı
Zamanın gərdişi 27 şəhrivər 1367-ci günəş ilinə (m.17 sentyabr, 1988) çatdı. Bu kədərli gündə İran məmləkəti şer camiəsinin böyüklərindən bir böyükü və öz şairini son mənzilə yola saldı, əbədiyyətə tapşırdı. Bəli, Şəhriyar İranın söz mülkünün şəhriyarı torpaq niqabında örtündü və ömür baharının 82 ağır yükünü yerə qoydu, cənnət quşu yüksəkliklərdə pərvaz etməyə başladı.
Belə bir gündə Təbrizin ədəbiyyatşünasları və qədirbilən əhalisi İran xalqı tərəfindən naib olaraq Şəhriyar təxəllüslü Seyid Məhəmmədhüseyn Şəhriyarı öz çiynində Məqbərətüş-Şüərada İranın digər tanınmış arifləri, ədəbiyyatçıları və şairlərinin yanındakı qəbrinə tərəf apardılar və torpağa tapşırdılar. Bu qəbiristanlıqda Şəhriyardan başqa Xaqani Şirvani, Hümam Təbrizi, Qətran kimi ədəbiyyat tarixinin böyük şairlərindən bir neçəsi də dəfn olunmuşdur.
Hamısının xatirəsini uca tuturuq.
  • Yazılıb
  • da (də) 2019 Sep 22
  • Göndərən جهان کمالی