Tarix : 2019 Sep 23
Kod 58869

SON DƏQİQƏ - Əsgərimiz şəhid oldu - Nəşi neytral zonada qalıb - RƏSMİ

Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Arannews-IslaminSesi bildirir ki, bu barədə MüdafiəNazirliyininmətbuatxidmətindən BAKU.WS-ə bildirib.
Verilən məlumata görə, əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır.
  • Yazılıb
  • da (də) 2019 Sep 23
  • Göndərən جهان کمالی