Tarix : 2008 Jul 28
Kod 6136

Türkiyə rəsmiləri İstanbuldakı partlayışın terror olduğunu güman edirlər

ötən gecə İstanbulda baş verən partlayışlarda 16 nəfər ölüb, 154 nəfə r isə yaralanıb
Turkyə Servisi/Aran Agentliyi
   Bu gecə Türkiyənin İstanbul şəhərində bir-birinin ardınca baş verən və insan ölümü ilə nəticələnən iki böyük partlayışın terror hadisəsi olduğu güman edilir. Türkiyə prezidenti Abdulla Gül mətbuat vasitəsilə bu terroru lənətləyib. Prezident bildirib ki, dövlətin gücü nəticəsində terrorçular çirkin niyyətlərinə nail ola bilməyəcəklər. Baş nazir Rəcəb Tayyip Ərdoğan da terror hücumunu şərh edərək baş verənləri nifrətlə lənətlədiyini bildirib. O, hadisəni törədənlərin tezliklə tutulacağını vurğulayıb. Baş nazir həmçinin qeyd edib ki, vəhşicəsinə günahsız vətəndaşları hədəfə alan terrorçuların xilas yolu yoxdur və onlar cəzalarını alacaqlar. Qeyd edək ki, ötən gecə İstanbulda baş verən partlayışlarda 16 nəfər ölüb, 154 nəfə r isə yaralanıb.
  • Yazılıb
  • da (də) 2008 Jul 28