Tarix : 2008 Aug 08
Kod 6399

Azərbaycan Respublikasında müxbirlərə qarşı böyük repressiya var

Azərbaycan Respublikasında müxbirlərə qarşı böyük təzyiqlərin səngimək bilmədiyini təəssüfləndirici hal adlandırıb
Azərbaijan Servisi/Aran Agentliyi

Tanınmış jurnalist Qurban Cəbrayıl, Azərbaycan Respublikasında müstəqil müxbirlərin vəziyyətinin bərbad olduğunu vurğulamışdır. Bakıda çıxan Nəbz qəzetinin baş redaktoru, İranda müxbirlər günü münasibəti ilə Səhər telekanalı ilə müsahibəsində, Azərbaycan Respublikasında müxbirlərə qarşı böyük təzyiqlərin səngimək bilmədiyini təəssüfləndirici hal adlandırıb.
Qurban Cəbrayıla əlavə olaraq, jurnalistlər və müxbirlərə qarşı rəsmi və qeyri-rəsmi təzyiqləri sadalayaraq, Azərbaycan Respublikasında jurnalistlərin əleyhinə terrorçu aktların belə xatırlanmasını repressiyanın artması olduğunu xüsusi qeyd etmişdir.
Xatırlatmaq lazımdır ki, müşahidəçilər Azərbaycan Respublikasında "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun öldürülməsini, tanınmış jurnalist Eynulla Fətullayevin döyülməsi, sonra isə həbs edilməsi, anti-sionist fikirləri ilə seçilən politoloq Rövşən Novruzoğlunun həmçinin Tolişi Sədo qəzetinin baş redaktoru Novruzəli Məmmədovun həbs edilməsi kimi halları bu repressiv atmosferin təzahürləri adlandırırlar.

  • Yazılıb
  • da (də) 2008 Aug 08