Tarix : 2008 Aug 08
Kod 6400

Gürcüstan səfərbərlik elan edib

Gürcüstanda ehtiyatda olan hərbiçilərin səfərbərliyi elan edilib və bu, davam edəcək
Gürcüstan Servisi/Aran Agentliyi
Bu gün səhər saatlarında Gürcüstanda ehtiyatda olan hərbiçilərin səfərbərliyi elan edilib. Bu barədə məlumatı Gürcüstan televiziyası ilə telemüraciətində prezident Mixail Saakaşvili verib: «Gürcüstanda ehtiyatda olan hərbiçilərin səfərbərliyi elan edilib və bu, davam edəcək».
Bundan əvvəl isə Gürcüstan Daxili İşlər Nazirliynin analitik şöbəsinin rəisi Şota Utiaşvili «Novosti Qruziya» ya səfərbərlik elan edilmədiyini demişdi. «Könüllülər var. Onlar Gürcüstanın hər yerindən hərbi komissarlıqlara gəlirlər və lazım gələrsə döyüşmək istədiklərini bildirirlər». Onun sözlərinə görə, Tsinxvali bölgəsində vəziyyət çox gərgindir.

Qeyd edək ki, bundan əvvəl də mətbuat ehtiyatda olan hərbiçilərin Tiflisdəki «Lokomotiv» stadionuna toplaşması barədə məlumat verilmişdi. Məlumata görə, son illərdə 100 mindən artıq insan hərbi təlim keçib və ehtiyata alınıb. Hazırlıq keçənlər 25-45 yaş arasındadır.

Xatıraldaq ki, avqustun 8-nə keçən gecə tanınımamış Cənubi Osetiya Respublikasında genişmiqyasıl hərbi əməliyyatlar başlayıb. Səhərə yaxın isə gürcü hərbiçilərinın Tsinxvaliyə girdikləri barədə məlumatlar yayılıb. Rəsmi Tiflis baş verən hadisələri «konsitutsiyon nizam-intizamın bərpası» adlandırır. Tanınmamış Cənubi Osetiya hökuməti isə Rusiyadan hərbi yardım isəyir.
  • Yazılıb
  • da (də) 2008 Aug 08