Tarix : 2008 Aug 14
Kod 6546

Əhmədinejat Atatürkün qəbrini ziyarətdən imtinasına aydınlıq gətirdi

Bu səfərin əsas məqsədi görüşlər və təhlillərdir
Turkyə Servisi/Aran Agentliyi

İran prezidenti Mahmud Əhmədinejat Türkiyəyə səfəri öncəsi CNNTürk ve NTV telekanallarına müsahibə verib.
    Türkiyəli jurnalistlər, gözlənildiyi kimi, səfərin əsas məqamı - Atatürkün Anıt-qəbirini ziyarətdən imtina etməsi ilə bağlı Əhmədinejata sual ünvanlayıblar.
    İran prezidenti səfərinin işgüzar xarakter daşıdığını bildirib: “Türkiyə yetkililəri bu mövsüm İstanbulda olduğu üçün səfərin məkanı olaraq İstanbul seçildi. Türk xalqını çox sevirik və əminəm ki, türk xalqı da İran xalqını çox sevir. Bu səfərin əsas məqsədi görüşlər və təhlillərdir. Digərləri köməkçi mövzulardır”.
    Türkiyə xalqını “mömin və vətənsevər bir xalq” olaraq səciyyələndirən Əhmədinejat İran-Türkiyə münasibətlərinin getdikcə inkişaf etdiyini və bundan məmnun olduqlarını söyləyib. O, PKK və PJAK terror təşkilatları ilə birgə mübarizənin də davam etdiriləcəyini vurğulayıb.

  • Yazılıb
  • da (də) 2008 Aug 14