Tarix : 2008 Aug 18
Kod 6640

Azərbaycan nefti ixracının yenidən dayandırılması

Neft və neft məmulatlarını Qara dəniz sahillərində Gürcüstan limanlarına çatdıran mindən çox tanker bu körpünün partladılmasına görə, Azərbaycan Respublikasına qaytarılmağa qadir deyil
Azərbaijan Servisi/Aran Agentliyi

Gürcüstanın Kaspi şəhəri yaxınlığında dəmiryolu xəttində baş vermiş partlayış nəticəsində Az.R-nın neft və neft məmulatları ixracı dayandırılıb. İrna-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Dövlət Dəmiryol İdarəsinin Nəqliyyat İşləri üzrə şöbə müdiri İsfəndiyar Kərimov bir müsahibədə deyib: Neft və neft məmulatlarını Qara dəniz sahillərində Gürcüstan limanlarına çatdıran mindən çox tanker bu körpünün partladılmasına görə, Azərbaycan Respublikasına qaytarılmağa qadir deyil.
Kərimovun sözlərinə görə, Gürcüstan Azərbaycan Respublikasının neft məmulatlarının bu ölkəyə tranzit edilməsi məqsədi ilə bir daha əlaqənin yaradılması üçün keçmiş dəmiryolunu təmir etməyə cəhd göstərməkdədir.
Qeyd edək ki, cari ildə avqust ayının 5-də Türkiyənin şərqində BTC neft boru kəmərində PKK ünsürlərinin tərəfindən törədilmiş terror aktına görə, sərfəsiz və təhlükəli olan bu marşrutdan neftin tranziti dayandırıldı.

  • Yazılıb
  • da (də) 2008 Aug 18