Tarix : 2008 Aug 24
Kod 6761

Azərbaycan R. neft ixracı sahəsində İrandan yardım istəyib

Bakıda çıxan Yeni Müsavat qəzeti bu ölkənin neftinin Gürcüstan marşrutundan nəqlinin dayandırılmasının hərbi toqquşmalarla əlaqədə olduğunu bildirib
Azərbaijan Servisi/Aran Agentliyi

Az.R özünün xam neftini dünya bazarlarına çıxarmaq işində mümkün gərginliklərdən sığortalanmaq üçün İİR-dən yardım istəyib. Trend İnformasiya Agentliyinin verdiyi məlumata görə, Bakıda çıxan Yeni Müsavat qəzeti bu ölkənin neftinin Gürcüstan marşrutundan nəqlinin dayandırılmasının hərbi toqquşmalarla əlaqədə olduğunu bildirib.
Qəzet yazır ki, hazırda rəsmi Bakı İran marşrutunu alternativ variant kimi görür.
Qəzetin yazdığına görə, Azərbaycan Respublikası hər gün Gürcüstan marşrutu ilə 1 milyon barel neft Gürcüstana ixrac edirdi ki, hazırda ondan məhrum edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Qafqaz regionunda Rusiya ilə Gürcüstan arasında baş vermiş qarşıdurmanın davam etməsindən və neft kəmərlərinin ziyan görməsindən sonra respublikanın yüngül neftini İranın Neka limanına tranzit etməsini mümkün sayıb. Bu layihənin icrasına 2008-ci il sentyabr ayından start verilməlidir.
Ekspertlər Azərbaycan Respublikası neftinin sərfəli və dinc sayılan İran marşrutu ilə tranzit edilməsini məqsədə uyğun görürlər.

  • Yazılıb
  • da (də) 2008 Aug 24