Tarix : 2008 Sep 05
Kod 7053

Ana və uşaq ölümünə görə Azərbaycan öndədir

2000-2003-cü illərdə ana və uşaq ölümü səviyyəsində müəyyən azalma baş versə də, 2004-cü ildən etibarən proses kəskin xarakter alıb»-, deyə Qubad İbadoğlu bildirib
Azərbaycan servisi/Aran Agentliyi
«Azərbaycanda ana və uşaq ölümünə görə vəziyyət Qərbi Avropadan 12 dəfə pisdir». İqtisadi Tədqiqatlar Mərkəzi apardığı araşdırmada bu nəticəyə gəlib. Mərkəzin rəhbəri Qubad İbadoğlu deyir ki, ölkədə səhiyyə xidmətlərinin dəyəri rəsmi və qeyri-rəsmi olaraq bahalaşıb.

«2004-cü ildən etibarən bir sıra MDB ölkələri ana və uşaq ölümü səviyyəsini hər il 5-6 faiz azaldır. Azərbaycanda isə bunun əksi baş verir. 2000-2003-cü illərdə ana və uşaq ölümü səviyyəsində müəyyən azalma baş versə də, 2004-cü ildən etibarən proses kəskin xarakter alıb»-, deyə Qubad İbadoğlu bildirib.
  • Yazılıb
  • da (də) 2008 Sep 05