Tarix : 2008 Sep 08
Kod 7106

Aktauda Azərbaycan konsulluğu açılıb

Yeni baş konsul isə Rəşad Məmmədov təyin edilib
Azərbaycan servisi/Aran Agentliyi
Bu gündən Qazaxıstanın Aktau şəhərində Azərbaycanın Baş konsulluq xidməti işə başlayıb. Yeni baş konsul isə Rəşad Məmmədov təyin edilib. Bu barədə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov "Qazaxıstan-Seqodnya" agentliyinə məlumat verib. “Baş konsulluğun açılması - əlamətdar hadisədir, çünki Azərbaycan Qazaxıstanın strateji tərəfdaşıdır. Aktau, Astana və Almatıdan sonra diplomatik şəhərə çevrilir”.

Baş konsulluq öz işi ilə dörd vilayəti əhatə edəcək: Manqistau, Atırau, Aktyubinsk və Qərbi Qazaxıstan. Hazırda Manqistau vilayətində 5 minə yaxın azərbaycanlı yaşayır. Qeyd edək ki, baş konsulluğun açılması prezident İlham Əliyevin bu ilin aprel ayının 30-da verdiyi sərəncam sayəsində reallaşıb.
  • Yazılıb
  • da (də) 2008 Sep 08