Tarix : 2008 Sep 09
Kod 7136

Bakı əhalisi: Əbubəkr məscidi bağlanılmalıdır

Bakının Əbubəkr məscidinin ətrafında minlərlə insan toplaşaraq, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edərək həmin məscidin bağlanılması fərmanını verməsini tələb ediblər
Azərbaycan servisi/Aran Agentliyi

Əbubəkr məscidinin bağlanılması üzərində təkidlər vardır. Trend  Xəbər Agentliyinin məlumatına görə, Bakının Əbubəkr məscidinin ətrafında minlərlə insan toplaşaraq, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edərək həmin məscidin bağlanılması fərmanını verməsini tələb ediblər.
Sözü gedən məscidin ətraf məhəllələrinin sakinləri bildiriblər ki, Əbubəkr məscidinin fəaliyyətlərinə qoyulmuş müvəqqəti qadağanın ardınca həmin məhəllələrdə nisbi sakitlik hökm sürür.
Bundan qabaq da, Az. R-sının bəzi siyasi ictimai qurumları rəsmi Bakının vəhhabilərin günü-gündən genişlənən fəaliyyətlərinin qarşısını almasını tələb etmişdilər.
Qeyd etmək lazımdır ki, ötən ay iki vəhhabi qruplaşması arasında mövcud olan ixtilafların kəskinləşməsi nəticəsində "Cəmaətül-həq" adlı qruplaşmanın üzvləri Əbubəkr məscidinə əl qumbarası ataraq 3 nəfərin ölümünə və 11 nəfərin isə yaralanmasına səbəb oldu.
8.6 milyonluq əhalisi olan Az. R xalqının böyük əksəriyyəti şiədir.

  • Yazılıb
  • da (də) 2008 Sep 09