Tarix : 2008 Sep 23
Kod 7502

Gürcüstanın Rusiya ilə mədəniyyət müharibəsi

Moskva bundan öncə Rusiya telekanalları yayımını dayandırmaq , habelə Rus internet saytı və mətbuat azadlığını yatırmaq üstündə Gürcüstanı tənqid etmişdi
Gürcüstan servisi/Aran Agentliyi

Rusiya ilə Gürcüstan arasındakı gərginliyin ardınca Tiflis rus dilinə dublyaj olunmuş filmlərin yayılmasına qadağan edib. Rusiyanın Raşa Tuday İnformasiya kanalı bu gün bildirib ki, Cənubi Osetiya üstündəki Rusiya ilə Gürcüstan arasındakı çəkişmə mədəniyyət və dil sahələrinə də yayılıbdır və Gürcüstan rus dilinə dublyaj edilmiş filmlərin yayılmasını qadağan edibdir .
Bu məlumata əsasən ötən bir neçə həftə ərzində Rus dilinə dublyaj olunmuş heç bir film göstərilməyibdir.
Moskva bundan öncə Rusiya telekanalları yayımını dayandırmaq , habelə Rus internet saytı və mətbuat azadlığını yatırmaq üstündə Gürcüstanı tənqid etmişdi.

  • Yazılıb
  • da (də) 2008 Sep 23