Tarix : 2008 Sep 27
Kod 7606

Türkiyə, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb

Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Əli Babacan, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermınistan xarici siyasət idarəsinin başçısı Edvard Nalbandyan arasında görüş keçirilib
Azərbaycan servisi/Aran Agentliyi
Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Əli Babacan, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermınistan xarici siyasət idarəsinin başçısı Edvard Nalbandyan arasında görüş keçirilib. Türkiyənin “Anadolu” informasiya agentliyinin məlumatına görə, görüş başa çatıb. Türkiyəli nazir Əli Babacan görüşdən sonra yalnız “məsləkdaşlarım daha səmərəli siyasi dialoq üçün üçtərəfli görüşlərin davam etdirilməsini istədi” açıqlamasını verib.
    Əli Babacan Türkiyənin TRT telekanalına verdiyi müsahibəsində görüşdə əsasən bölgədəki vəziyyət,Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ probleminin həlli yollarının müzakirə olunduğunu deyib. Türkiyəli nazirin sözlərinə görə Türkiyə ilə Ermənistan və ya Azərbaycanla Ermənistan arasındakı probleməlin hər hansı birində əldə olunacaq irəliləyişlər digərinə də sirayət edəcək. O, bəyan edib ki, hazırda münaqişələrin həlli üçün həm əlverişli beynəlxalq şərait yetişib.
    Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə jurnalistlərin «Problemlər bu il həllini tapacaqmı» sualına «İllərdən yox, bu gündən danışmaq lazımdır» cavabını verib.
  • Yazılıb
  • da (də) 2008 Sep 27