Tarix : 2008 Oct 20
Kod 8145

2008-ci ilin doqquz ayı ərzində Bakı şəhərində 7500 cinayət qeydə alınıb

Bu cinayətlərin 86,9%-i ağır və böyük ictimai təhlükə törətməyən, 13,1%-i isə ağır və xüsusilə ağır cinayətlər olub
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
2008-ci ilin doqquz ayı ərzində Bakı şəhərində 7500 cinayət qeydə alınıb. ANS PRESS-in məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində ilin yekunlarına həsr olunan kollegiyada məlumat verilib. Bu cinayətlərin 86,9%-i ağır və böyük ictimai təhlükə törətməyən, 13,1%-i isə ağır və xüsusilə ağır cinayətlər olub. Qəsdən adam öldürmə 22,2%, qəsdən adam öldürməyə cəhd 13,4%, qəsdən sağlamlığa ağır xəsarət yetirmə 12,6%, nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 2,32%, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri 5,63% azalmış, ümumi cinayətlərin açılması 84,6%, ağır növ cinayətlərin açılması isə 75,8% təşkil edib. Hesabat dövründə Bakı şəhərində qeydə alınan 103 quldurluq cinayəti faktından 82-nin, 194 soyğunçuluq cinayətindən isə 134-nün açılması təmin olunub, 34 quldurluq və soyğunçuluq cinayətləri törətmiş 62 nəfərdən ibarət 27 cinayətkar qrup zərərsizləşdirilib. Doqquz ay ərzində əməliyyat yolu ilə 28 odlu silah götürülüb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 fakt çoxdur. Cari ilin müvafiq dövründə DİN-in aidiyyəti xidmətləri ilə birgə qanunsuz dövriyyədən 179 kq 857 qram narkotik vasitə çıxarılıb, onlardan 133 kq 765 qramı Baş İdarə və ərazi polis orqanları tərəfindən götürülüb. 2007-ci ilin 9 ayı ərzində Bakı şəhəri üzrə 57 kq 507 qram narkotik vasitə dövriyyədən çıxarılıb. 2007-ci ilin 9 ayı ilə müqayisədə açılan cinayətlərin sayı 20,1%, satışla bağlı isə 82% artıb. 2008-ci iln 9 ayı ərzində paytaxtda yol hərəkəti təhlükəsizliyinin təmin sahəsində də müsbət irəliləyişlər əldə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydə alınmış yol-nəqliyyat hadisələrinin sayı 1039-dan 976-ya, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin 271-dən 243-ə, yaralananların sayı 1181-dən 1091-dək azalıb. Avtoxuliqanlıq edən 529 şəxs yaxalanaraq barələrində inzibati xəta protokolları tərtib edilərək məhkəmə məsuliyyətinə verilib, 87 avtoxuliqan inzibati qaydada müxtəlif müddətlərə həbs edilib, 214 avtoxuliqan barəsində isə sürücülük hüququndan məhrumetmə və cərimə sanksiyaları tətbiq olunub.
 
  • Yazılıb
  • da (də) 2008 Oct 20