Tarix : 2008 Oct 21
Kod 8170

Rusiya və Ermənistanın siyasətləri uzlaşdırılır

Rusiya-Ermənistan dostluğu heç vaxt zəifləməyib və bu meydan iki ölkənin dostluq simvolu sayılır
Rusiya servisi/Aran Agentliyi

Rusiya prezidenti Ermənistandan istəyib ki, öz xarici siyasətini Moskva ilə ahəngdarlaşdırsın. Frans pressin məlumatına görə, Dmitri Medvedyev öz erməni həmvəzifəsi Serj Sarksiyan ilə birkikdə İrəvanda "Rusiya" meydanının açılışı zamanı vurğulayıb ki, beynəlxalq səhnədə ahəngdar addımlar Qafqazda təhlükəsizlik və ölkə siyasətlərinin gücləndirilməsində mühüm amil sayılır.
Onun sözlərinə görə, İrəvandakı baş meydanın Rusiya adlandırılması Ermənistan xalqının modern və demokratik Rusiyaya hörmətinin əlamətidir.
Ermənistan prezidenti də deyib: Rusiya-Ermənistan dostluğu heç vaxt zəifləməyib və bu meydan iki ölkənin dostluq simvolu sayılır.
Ermənistan avqost ayında Rusiya ilə Gürcüstan arasında müharibənin baş verdiyi məntəqə sayılan Qafqazda Rusiyanın sadiq müttəfiqi hesab olunur.

  • Yazılıb
  • da (də) 2008 Oct 21