Tarix : 2008 Oct 31
Kod 8408

Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb

Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, görüşün yekununa dair mətbuata açıqlama veriləcək
Azərbaycan servisi/Aran Agentliyi
Moskvada Rusiya Xarici İşlər Nazirliyinin (XİN) binasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başlayıb.

Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, görüşün yekununa dair mətbuata açıqlama veriləcək.

Qeyd edək ki, nazirlər sabah ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa), Metyu Brayza (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə məsləhətləşmələr aparacaqlar.

Bu görüşlərin məqsədi Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dmitri Medvedyev, İlham Əliyev və Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı noyabrın 2-də Moskvada aparacağı danışıqlara hazırlıq xarakteri daşıyır.
  • Yazılıb
  • da (də) 2008 Oct 31