Tarix : 2008 Nov 16
Kod 8755

Sionist rejim ilə Bakı arasında ticarət artır

Son zamanlar İsrail Şirkəti "Ness-TSG" Azərbaycan Respublikasında fəaliyyətə başlayıb
Azərbaycan servisi/Aran Agentliyi

Sionist rejimin Bakıdakı səfiri bu cani rejim ilə Azərbaycan R. dövləti arasında ticarətin artmasını vurğulayıb. Səs Xəbər Agentliyi bildirir: İsrailin Azərbaycan Respublikasındakı səfiri Artur Lenk deyib: Son bir ildə Azərbaycan Respublikası ilə İsrail arasında ticarət dövriyyəsi həcmi 80 milyon dollara çatıb və biz bu göstəricinin artmasına çalışır. O qarşılıqlı əlaqələrin inkişafda olduğunu bildirərək artırıb: Son zamanlar İsrail Şirkəti "Ness-TSG" Azərbaycan Respublikasında fəaliyyətə başlayıb.
Lenk deyib ki, "Ness-TSG" Şirkəti Azərbaycan Respublikasında yerli gənc mütəxəssislər yetişdirəcək və sonra onları işğal olunmuş Fələstinə təcrübə əldə etməyə göndərəcək.
Onun sözlərinə əsasən, bu şirkətin adı hazırda dəyişdirilərək, "Ness Azərbaycan" olub və bundan sonra yerli şirkət çətiri altında Azərbaycan Respublikasında fəaliyyət göstərəcək.
Cinayətkar Sionist rejimin Bakıdakı səfiri hiyləgərcəsinə çıxışının davamında deyib: biz İlham Əliyev ilə Əli Abbasovun sözlərini diqqətlə dinlədik. Bizcə Azərbaycan Respublikası rəsmiləri öz ölkələrində müasir tipli texnologiyaları genişləndirməyə maraqlıdırlar. İsrail də bu sahədə Azərbaycan Respublikasına kömək etməyə hazırdır.
Artur Lenk sonra hiyləgərcəsinə deyib ki, Azərbaycan Respublikası ölkəsinin inkişafını istəyən ağıllı bir prezidentə malikdir.
Bu cəhətdən İsrail Azərbaycan Respublikasının tərəqqisi və bu ölkədə müasir tipli texnologiyaların inkişafına kömək etməyə hazırdır.

  • Yazılıb
  • da (də) 2008 Nov 16