Tarix : 2008 Dec 08
Kod 9101

Rusiya yenidən ABŞ-a xəbərdarlıq edib

Rusiyanın NATO-daki nümayəndəsi bir daha Ş. Avropada raket əleyhinə müdafiə sistemini quraşdırması haqda ABŞ-a xəbərdarlıq edib
Rusiya servisi/Aran Agentliyi

Rusiyanın NATO-daki nümayəndəsi bir daha Ş. Avropada raket əleyhinə müdafiə sistemini quraşdırması haqda ABŞ-a xəbərdarlıq edib. İRNA-nın məlumatına görə Dmitri Roqozin Almaniyada çıxan Di Volt mətbuat orqanına verdiyi müsahibədə ABŞ-ın Şərqi Avropada REM sisteminin quraşdırılmasını əsaslandırmaq üçün gətirdiyi bəhanələri əsassız adlandırıb və deyib : Yaxşı olar ki, ABŞ  REM sistemi quraşdırmaq yerinə öz diqqətini terrorizm ilə mübarizə və Ben-Ladənin həbs edilməsinə yönəltsin. Bu məlumata görə Barak Obamanın ABŞ-ın yeni prezidenti seçilməsi ilə Polşa və Çexiyada REM sisteminin quraşdırılması layihəsi şübhələrlə üzləşib. Vaşinqton bəzi ölkələrin hədə olması iddiası ilə Şərqi Avropada REM sistemi quraşdırmaq istəyir . Amma Rusiya rəsmiləri ABŞ-ın bu hərəkətini Rusiyanın təhlükəsizliyi əleyhinə hədə hesab  və onunla müxalifət edirlər . Moskva rəsmiləri ABŞ-ın bu səylərinə cavab olaraq Kalininqrad məntəqəsində qısa mənzilli Eskander raketlərini yerləşdirəcəklərini bildiriblər.

  • Yazılıb
  • da (də) 2008 Dec 08