Tarix : 2009 Jan 04
Kod 9699

Fəzilət partiyası Bakıda sionistlərin cinayətlərinə etiraz edənlərə qarşı təzyiqləri məhkum etdi

Azərbaycan Respublikası Fəzilət partiyası Sionist rejimin cinayətlərini pisləyənlərə qarşı Bakı polisi tərəfindən edilən təzyiqləri kəskin surətdə tənqid edərək bəyanat təsdiqləyib
Azərbaycan servisi/Aran Agentliyi

Azərbaycan Respublikası Fəzilət partiyası Sionist rejimin cinayətlərini pisləyənlərə qarşı Bakı polisi tərəfindən edilən təzyiqləri kəskin surətdə tənqid edərək bəyanat təsdiqləyib. Fəzilət Partiyasının bəyanatında gəlmişdir: 2 yanvar 2009-cu il tarixdə Bakı və Gəncə şəhərlərində Fələstin və dünya xalqları ilə öz həmrəyliyini bildirmək və Sionist rejimin səfirliyi qarşısında dinc etiraz aksiyaları keçirmək istəyən yüzlərlə ölkə vətəndaşlarına qarşı edilən təzyiqlər və həbs hərəkətləri nə sağlam düşüncəyə nədəki məntiqə uyğun hesab etmək olmaz.
Fəzilət partiyası ölkə hakimiyyətini, öz subyektiv siyasi baxışlarına əsaslanaraq qanun və hüquq mühafizə orqanlarının gücündən istədiyi vaxt, istədiyi kimi və istədiyi yerdə ölkə vətəndaşlarına qarşı istifadə etmək "ənənəsinə" son qoymağa və həbs olunmuş ləyaqətli həmvətənlərimizi azad etməyə çağırır.
Bu bəyanatda təkid olunmuşdur: Fələstin xalqına qarşı İsrail rejimi tərəfindən törədilən bəşəri cinayətlərin dünya ölkələrinin ictimaiyyətlərinin qəzəb və nifrətinə səbəb olması və etiraz nümayişlərinin keçirilməsi dünya xalqlarının bu kimi cinayətlərə qarşı mübarizədə həmişə həmrəy olmalarının və həmçinin Fələstin xalqının uzun illərdir ki, apardığı haqq və ədalətli mübarizəsinə olan açıq və aydın rəğbətin bariz nümunəsidir.

  • Yazılıb
  • da (də) 2009 Jan 04