Tarix : 2019 Sep 11
Kod 58811

YAP ilk dəfə saxta olmayan seçki keçirir: jurnalistlərdən və sabiq nazirlərdən dəstək dilənirlər

Siyavuş Novruzov o qədər yalançı, saxtakar, xəyanətkar, xəbis adamdır ki, xəbisliyi içdən çölə vurub. Mordasını adam görəndə əsəbləşir, hələ danışanda lap xəbisi boğub öldürmək istəyirsən. Onun kimi Hadı Rəcəbli, Elman Nəsirov kimi təyinatlı, GÖZƏGİRƏN yaputatlar da mövcuddur.

 Arannews-Mordaları insanı bir cür əsəbləşdirirsə danışdıqları sözlər, bəyanatlar bir başqa cür adamı özündən çıxarır. Biz isə özümüzdən çıxmırıq. Heç ehtiyac da yoxdur. Qıcıqlanan xalqa isə məsləhət görürük ki, bu cür xəbislərin şəkillərini sosial şəbəkələrə qoyun, bir saat içində yüzlərlə tüpürcək, lənət, təhqir, söyüş onlara yağdırılacaq.
“Lənət Hadıya”, “tfu sənə kor Siyavuş” deyib mətləbə keçirəm. Deməli, YAP bu günlərdə qərar verib ki, 25 ildir saxtakarlıqla seçkilər keçirib hakimiyyəti qəsb edəndən sonra istəyirlər ki, saxta olmayan seçki keçirsinlər. Buna start da veriblər. Belə ki, bildiyiniz kimi Siyavuş Novruzov sabiq nazirləri İlham Əliyevi dəstəkləməyə çağırıb. Bundan əlavə ev verilən jurnalistlər haqqında deyib ki, onlara evi havayı verməyiblər ki, Orduxana cavab versinlər. Nazirlər haqda da deyib ki, o vəzifni atalarından almayıblar ki, İlham Əliyev onlara kürsü verib, onlar da gərək onu müdafiə etsinlər. Hiss edilir ki, hakimiyyətdaxili çəkişmələr vardır ki, İlham Əliyevi vurmaq istəyənlər Siyavuşu qabağa veriblər. Çünki məhz bu sözlər onun dilindən çıxdığı üçün ev alan jurnalistlər əsəbləşib ona layiqli cavab veriblər. Özü də YAP-ın bir nömrəli qəzeti olan, Əli Həsənovun “çənəsi” olan Arifoğlunun yazarları da bu jurnalistlər arasındadır. Onlar Siyavuşa yekdilliklə deyiblər ki, get özün cavab ver. Bəlkə də hardasa Əli Həsənov bu işi görsəydi jurnalistlər o qədər əsəbləşməzdi. Amma Siyavuşun mordasını görəndə əsəbləşən jurnalistlər onun sözünü bu qulağından alıb o biri qulağından veriblər.

Hadı Rəcəbli də əməlli başlı quşlayıb. Deyib ki, biz hamımız Heydər Əliyevin, sonra da İlham Əliyevin çörəyini yeyən adamlarıq. Bu insan dövlət büdcəsini İlham Əliyevinki hesab edir və deyir ki, onun çörəyini yeyirik. Bu isə o deməkdir ki, biz bir qəpiyə dəyməyən insanlarıq. Çünki belə olmasaydı bu cür danışmazdı. İnsanın mənliyi, şəxsiyyəti və işçi bacarığı olanda deyir ki, mən perspektivli insanam, dövlət mənə möhtacdır deyə işləyirəm. Yoxsa Hadı Rəcəbli kimi şəxsiyyətini, mənliyini yala satmış GÖZƏGİRƏNLƏR bir şey olmadıqlarını bildiyi üçün “İlham Əliyevin çörəyini yeyirik” deyirlər.
Bəli, indi YAP qapıbəqapı düşüb İlham Əliyevə jurnalist və nazirlərdən səs istəyir. Amma bunun özü də saxtakarlığın ayrı bir formasıdır. Elə bil ki, saxtakarlığın Siyavuş fomasından Hadı Rəcəbli formasına keçid edilir.
  • Yazılıb
  • da (də) 2019 Sep 11
  • Göndərən جهان کمالی