Tarix : 2009 Jan 20
Kod 10008

ƏHMƏDİNEJAD FƏLƏSTİN MÜQAVİMƏTİNİ TƏBRİK ETDİ

İran prezidenti Mahmud Əhmədinejad dünən Fəəstin xalqının Qəzzada göstərdiyi səbr və müqavimətinə görə onları təbrik edib
İRİ SERVİSİ/ARAN AGENTLİYİ
İran prezidenti dünən Fələstin xalqını və müqavimətinin rəsmilərini təbrik edib.

İslam-Azeri-nin İran KİV-lərinə istinadlı xəbərinə görə İran prezidenti Mahmud Əhmədinejad dünən Fəəstin xalqının Qəzzada göstərdiyi səbr və müqavimətinə görə onları təbrik edib.

Əhmədinejad Fələstin müqavimətinin rəsmilərini bir-bir telefonla arayıb, onlara öz təbrikini bildirib.

Həmasın siyasi büro sədri Xalid Məşəl ilə telefonla danışan Əhmədinejad Qəzzada müsəlmanların İsrailə qalib gəlməsi münasibətilə öz təbriklərini bildirib.

Daha sonra İslami Cihad təşkilatının sədri Ramazan Abdullaha da zəng edərək onu da İsrailin Qəzzada məğlub olmasına görə təbriklərini bildirib.

İran prezidenti Qəzzada müsəlmanların göstərdiyi izzət və səbrin Fələstin xalqının azadlığı üçün bir zəmin olmasını diləyib.
  • Yazılıb
  • da (də) 2009 Jan 20