Bakıda ifratçı türkçülər Azərbaycan hərəkatı yaratdılar. Bu barədə təşkilatın Qaynar-İnfoya ünvanladığı bəyanatda deyilir
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Bakıda ifratçı türkçülər Azərbaycan hərəkatı yaratdılar. Bu barədə təşkilatın Qaynar-İnfoya ünvanladığı bəyanatda deyilir .
Azeri.irib.ir saytına istinadlı xəbərinə görə , Bəyanatda bildiriblər ki , son illər baş verən hadisələr türk mənliyinə qarşı mübarizə aparanlara layiqli cavab vermək məqsədi ilə yaradılan Ərgənəkon hərəkatının bir missiyası da Türkiyədə əsassız iddialarla həbs edilən millətçilərin azadlığına mənəvi dəstək verməkdir.
Bəyanatda ifratçı türkçülər Türkiyənin AKP hökumətinə qarşı da ittihamlar səsləndirilərək mübarizin əsas hədəflərindən biri Rəcəb Təyyib Ərdoğan və onun AK partiyası olacağını bildirib və yazıblar ki , istər PKK-nin siyasiləşdirilməsi , istərsə də dindarların iqtidara gəlməsi türk xalqına zərbədir .
Ərgənəkon Az. H. Qruplaşması belə iddia edib : Bu zərbəni Türkiyədə Ərdoğanın partiyadaşları məharətlə yerinə yetirir .
Qeyd etmək lazımdır ki , Bakıda ifratçı türkçlərin bu iddiasına rəğmən AK partiyası Türkiyə xalqının əksəriyyət səsi ilə hakimiyyətə gəlibdir və bu partiyanın hakimiyyəti dövründə Türkiyədə ifratçı türkçülər və millətçilərin hakimiyyəti zamanında dağıdıcı təfriqə və haçalanmalar çoxlu miqdarda aradan qaldırılıb.