İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai bir il müddətində bu təşkilatın Quruculuq Proqramı və Əhali Fonduna sədrlik edəcək
İRİ SERVİSİ/ARAN AGENTLİYİ
İİR BMT-nin ən mühüm inkişaf orqanının sədri seçilib .
Azeri.irib.ir saytına istinadlı xəbərinə görə , İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai bir il müddətində bu təşkilatın Quruculuq Proqramı və Əhali Fonduna sədrlik edəcək. Bu seçim İranın inkişaf tədbirləri , habelə Xəzainin beynəlxalq orqanlardakı təcrübələri və uzun iş keçmişinə görə icra heyəti üzvlərinin əksəriyyət səsi ilə baş tutub. 1966-da yaradılmış quruculuq proqramı , BMT-nin inkişaf və infrastrukturu məsələləri sahəsində bu təşkilatın əsas qolu sayılır və 140-dan yuxarı inkişafda olan ölkədə fəaliyyət göstərir. Bu proqram Tehranda eləcə də Cenevrə , Brüssel , Kopenhagen , Vaşinqton və Tokioda ofislərə malikdir . BMT-nin Əhali Fondu 1969-da təsis olunub.
Bu orqan inkişafda olan ölkələrə yardım və əhalinin keyfiyyət göstəricilərinin yüksəldilməsi sahəsində fəaliyyət edir . 140-dan çox ölkədə fəaliyyət göstərən bu fond 105 ölkədə sabit ofisə malikdir. İlk dəfədir ki , İran iki beynəlxalq orqanın birgə icra heyətinin sədri seçilir .
Qeyd olunan heyət müxtəlif coğrafiyalı 36 ölkədən təşkil olunub. Bu iki orqanın üzvləri hər məntəqədəki ölkələrin seçimi ilə təyin olunurlar .