özünü "Bacıoğlu" kimi təqdim edən haker aşağıdakı saytlara 20 Yanvar haqqında məlumat, fotoşəkillər və şeir yerləşdirib
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Ermənilərin daha bir neçə saytı azərbaycanlı hakerin hücumuna məruz qalıb. ANS PRESS-in məlumatına görə, özünü "Bacıoğlu" kimi təqdim edən haker aşağıdakı saytlara 20 Yanvar haqqında məlumat, fotoşəkillər və şeir yerləşdirib. O məlumatları saytlara "vətənini dəlicəsinə sevən bacıoğlu" imzası qoyub. Bacıoğlu»nun dağıtdığı saytlar:
www.xronika.am
www.mitq.org
www.1advice.am
www.armwine.am
Qeyd edək ki, özlərini «Azerbaijan Defacers Group» kimi təqdim edən azərbaycanlı hakerlər də ermənilərin 100-ə yaxın saytını dağıdıblar.