İran İslam Respublikasının Qum şəhərində yerləşən Beynəlxalq Mustafa universitetində təhsil alan azəri tələbələr tərəfindən Qanlı yanvar faciəsi münasibəti ilə anım mərasimi keçirildi
İRİ SERVİSİ/ARAN AGENTLİYİ
İran İslam Respublikasının Qum şəhərində yerləşən Beynəlxalq Mustafa universitetində təhsil alan azəri tələbələr tərəfindən Qanlı yanvar faciəsi münasibəti ilə anım mərasimi keçirildi. Bu gün (17 yanvar) günorta namazından sonra keçirilən mərasimdə Azərbaycan respublikasının İran İslam respublikasındakı səfiri Abbasəli Həsənov və səfirliyin digər əməkdaşları da iştirak edirdi.
Anım mərasimi açılışında ilk olaraq iştirakçılar ərəfindən Azərbaycan respublikasının himni oxundu. Sonra tədbirin aparıçısı Rəşad Əkbərov 20 yanvar faciəsi münasibətilə Qumda təhsil alan azəri tələbələr adından bütün Azərbaycan xalqına, xüsusi ilə şəhid ailələrinə başsağlığı verdi və bu faciə ilə bağlı çıxış etdi. O, çıxışı zamanı işğal olunmuş Azərbyacan torpaqlarının azadlığının Kərbəladan keçdiyini xatırlatdı.
Sonra isə söz Azərbaycan respublikasının İran İslam respublikasındakı səlahiyyətli səfəri Abbasəli Həsənova verildi. Səfir bu ağrılı faciənin haqqında danışarkən onu törədənlərin kimliyi, iyrənc məqsədləri haqqında ətraflı məlumat verdi. Səfir Fələstinin Qəzza zolağında baş verən vəhşiliklərə işarə edərək, onu 20 yanvar, Xocalı faciələri ilə müqayisə etdi. O, qeyd etdi ki, Qəzza zolağında baş verən cinayətlərdə olduğu kimi, Azərbyacanda törədilən cinayətlər zamanı da böyük qüvvələr susmuş və yalnız müşahidəçi rolunu ifa etmişdilər.
Növbəti çıxış üçün söz Beynəlxalq Mustafa Universitetinin nümayəndəsi cənab Səduqiyə verildi. Cənab Səduqi Azərbaycan xalqına başsağlığı verdikdən sonra şəhidlik məqamından və şəhidliyə ulu baxan bir xalqın yenilməz olduğundan söhbət açdı.
Tədbirdə tələbələrdən Mirməhəmməd Əhmədov çıxış edərək rus imperiyasının vətənimizə vurduğu mənəvi zərbələr, qırmızı ordunun törətdiyi cinayətlər haqqında söhbət açdı.
Tədbirdə mərsiyə oxunub, şəhidlərin ruhuna fatihə verildi. Məclis şəhidlərin adına verilən ehsan süfrəsilə sona yetdi.