Tarix : 2009 Jan 21
Kod 10032

AİP Fələstin Müqavimətini təbrik edib

Qan bütün növ silahlara-atom, kimyəvi, bakteroloji, kaset, fosforlu va digər ən yeni növ silahlara qalib gəldi
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Az. R. İslam Partiyasının təşkilati işlər üzrə müavini Sionist rejimin Qəzzəyə vəhşicəsinə hücumda məğlub olmasını dünyanın azadlıqser və müsəlmanların qələbəsi olduğunu deyib.

 Azeri.irib.ir saytına istinadlı xəbərinə görə , Hacı Vaqif Abdullayev SƏHƏR telekanalına telefon danışığında deyib: Quduzlaşmış sionist rejimli İsrail hərbçilərinin, 22 günlük məzlum Qəzzə əhalisinə qarşı vəhşicəsinə apardığı hərbi əməliyyat, sionistlərin biabırçı məğlubiyyəti ilə nəticələndi. Qan bütün növ silahlara-atom, kimyəvi, bakteroloji, kaset, fosforlu va digər ən yeni növ silahlara qalib gəldi. Halbuki 1967-ci ildə quldur sionist İsrail rejimi, ABŞ və onun müttəfiqlərinin himayəsi ilə ərəb ərazilərinə qarşı apardığı iri miqyaslı hərbi əməliyyatlar zamani 6 gün ərzində Misir, Suriya, İordaniya və digər ərəb torpaqlarını qəsb etmişdi. İsrail öz dövlətini dünyaya guya "məğlubedilməz İsrail dövləti", casus "Mossad" idarəsini isə guya ən bacarıqlı kəşfiyyat idarəsi kimi sırımışdı. Bununla sionist İsrail ərəb dövlətləri arasında guya söz sahibi olmaq, Livanın "Hizbullah", Fələstinin "Həmas" təşkilatlarına guya sarsıdıcı zərbə endirməklə onları zəiflətmək və məzlum müsəlmanların haqqını müdafiə edən İİR-ni isə guya qorxutmaq istəyirdi.
Az. R. İslam Partiyasının təşkilati işlər üzrə müavini Hacı Vaqif Abdullayev artırıb: Bu xülya ilə 2006-cı ildə işğalçı İsrail quldurcasına Livan ərazisinə soxuldu. Təpədən dırnağa qədər ABŞ-ın himayəsi ilə ən müasir hərbi silahla silahlanmış təcavüzkar İsrail 33 günlük müharibədə Livanın "Hizbullah" təşkilatı qarşısında biabırcasına məğlub oldu. Lakin cinayətkar Sionist rejim xislətindən əl çəkmədi. .İşğalçı İsrailin sionist rejimi, əvvəlcə Fələstinin 1,5 milyon əhalisi olan Qəzzə bölgəsini uzun müddət mühasirədə saxladı. Günahsız dinc əhalini su, qaz, elektrik enerjisi və ən elementar tibbi ləvazimatdan məhrum etdi. Bu barədə Türkiyə rəhbərliyi ilə apardığı danışıqlara xəyanət etdi və 2008-ci il dekabrın 27-də ABŞ və AB-ə daxil olan dövlətlərin razılığı ilə Qəzzəyə qarşı irimiqyaslı hərbi əməliyyata başladı. Hərbi əməliyyatlar zamanı quldurlar havadan, sudan və qurudan hücuma keçərək hərbi təyyarələrlə 100 tonlarla bombani Qəzzəyə atdı, 1300-ə yaxın günahsız məzlum müsəlmanları qətlə yetirdilər, 5000 nəfər ağır yaralandı.
Hacı Vaqif Abdullayev Sionist rejimin vəhşilikləri və cinayətkar mahiyyətinə işarə edərək artırıb: Hərbi əməliyyatlar zamani İsrail hərbçiləri qadağan olunmuş kaset və fosforlu bombalardan istifadə etdilər, BMT-yə aid olan məktəbə və ona aid olan "Relief and Works Agency" təşkilatının qurduğu məktəbə atəş açdılar və nəticədə orada sığınacaq tapmaq istəyən uşaq, qadın və ahıl insanları qətlə yetirdilər. Və yalnız bundan sonra BMT İsrailin Qəzzədə hərbi cinayətlərə yol verdiyini ilk dəfə bəyan etdi. Artıq BMT nümayəndəliyi qəsbkar Israilin Qəzzədəki vəhşiliyi ilə əlaqədar onu beynəlxalq tribunaya verməyə hazırlaşır. Türkiyənin baş naziri Hətta R.T.Ərdoğan isə bəyan edib ki, İsrail BMT sıralarından xaric olunmalıdır.
İslam Partiyasının təşkilati işlər üzrə müavini haqqın batilə qalib olduğuna ümidvar olduğuna işarə edərək deyib:
Yanvarın 16-da təcavüzkar İsrail hərbçiləri Qəzzənin mərkəzində pusquya düşdülər və "Həmas"ın güclü hücumuna məruz qaldı və coxlu sayda itki verərək geri çəkildilər. BMT TŞ-nin atəşkəs haqqında olan qətnaməsini rədd edən işğalçı İsrail, bu dəfə birtərəfli qaydada İsrailin XIN başçısı Livni ABŞ-lı həmvəzifəsi K.Raysla Qəzzənin mühasirəsini şiddətləndirmək müqabilində atəşkəs haqda müqavilə imzaladı. Fələstin İslami Müqavimət Hərəkatı isə bildirib ki, atəşi birinci işğalçı İsrail dayandırmalı, həftə ərzində işğalçı qoşun Qəzzəni tərk etməli, Qəzzə sərhəd buraxılış-məntəqələri aşılmalıdır.
Hacı Vaqif Abdullayev təkid edib: Dünya müsəlmanlarının vəliyyi-əmri Hz. Ayətullah əl-Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları "Həmas"ın müqavimət hərəkətinin liderlərinin və Qəzzə əhalisinin qəhrəmanlığını yüksək qiymətləndi. Onlara dua edib müvəffəqiyyət arzuladı. Azərbaycanın da mömin-müsəlmanları bu təbrikə qoşulur və Fələstin xalqına və Qəzzə əhalisinə öz həmrəyliyini bildirməklə işğalçıların dərhal Qəzzəni tərk etməsini tələb edir. Polis müdaxiləsinə baxmayaraq Azərbaycanın mömin-müsəlmanları dəfələrlə işğalçı İsrailin Azərbaycandakı səfirliyi qarşısında, Nardaranda, Qubada, Gəncədə, Cəlilabadda sionistlərə qarşı etiraz aksiyası, Fələstinə isə öz həmrəyliyin bildirib.

  • Yazılıb
  • da (də) 2009 Jan 21