İslami İran Xarici işlər Naziri Muttəki, Amerikanın yeni Başçısı Obamaya etdiyi tövsiyədə yeni doğulmaqda olan Orta şərqi tanımasını istəyib
İİR servisi/Aran Agentliyi
İslami İran Xarici işlər Naziri Muttəki, Amerikanın yeni Başçısı Obamaya etdiyi tövsiyədə yeni doğulmaqda olan Orta şərqi tanımasını istəyib.
İslam-Azerinin Fars Nyusa istinadlı xəbərinə görə,İran Xarici işlər Naziri Manuçehr Muttəki, müxbirin Obamanın prezidentlik kreslosuna oturduğu bu zamanlarda necə bir tövsiyə edəcəksiniz? sualına, Obamanın ən təcili ehtiyacının yeni doğulmaqda olan Orta şərqi tanımaq olduğunu və bunun üçün də Amerika rəhbərliyinin yeni Orta şərq mütəxəssislərinə ehtiyacı olduğunu qeyd edib.
Orta şərq bölgəsinə ənənəvi baxışın heç bir nəticə gətirməyəcəyini yazan Mutteki, Amerikanın yeni rəhbərliyinin saxta deyil də, ciddi bir şəkildə başda son 8 il olmaq üzrə Amerikanın köhnə rəhbərliklərinin xüsusilə Orta şərq bölgəsi başda olmaq üzrə dünya daxilində izlədikləri siyasətlərin, Amerikaya istiqamətli bugünkü baxışın və yanaşmanın səbəbi olduğuna inanmaları lazım olduğunu vurğulayıb.