Tarix : 2009 Jan 21
Kod 10055

Zərdüşt Əlizadənin oğlu həbs olunub

S. Əlizadə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində bu gün saxlanılıb. Ondan narkotik vasitə olan heroin götürülü
Azərbaycan servisi/Aran Agentliyi
Politoloq Zərdüşt Əlizadənin oğlu Salur Əlizadə həbs olunub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, S. Əlizadə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində bu gün saxlanılıb. Ondan narkotik vasitə olan heroin götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, S. Əlizadə barəsində həbs-qətimkan tədbiri seçilib.

Z. Əlizadə APA-ya açıqlamasında məlumatı təsdiqləyib. İşlə maraqlandıqlarını deyən politoloq, ətraflı məlumat vermək istəməyib və tələsik nəticə çıxarmağa ehtiyac olmadığını deyib.
  • Yazılıb
  • da (də) 2009 Jan 21