Türkiyə servisi/Aran Agentliyi
Türk Qızıl Ayparası Qəzzaya 44 TIR dolusu insani yardım çatdırmağı planlayır. TIR-ların Ankara, Mersin və Hataydan konvoy ilə bölgəyə gedəcəyi ifadə edilib.
İslam-Azerinin Türkiyə Mətbuatına istinadlı xəbərinə görə,Qızıl aypara Ümumi Mərkəzdən verilən açıqlamada, Ankaradan Qəzzaya göndəriləcək kömək TİR-lərinin, sabah Türk Qızıl ayparası Fəlakət Əməliyyat Mərkəzi qarşısından mərasimlə yola salınacağı bildirilib.
Mərasimə Baş nazir Köməkçisi və Dövlət Naziri, Türk Qızıl Ayparası Ümumi Başçısı Təkin Kiçikali, İdarə heyəti Üzvləri və Təcili Vəziyyət Rəhbərliyi Ümumi Müdiri Həsən İpək iştirak edəcək.