Tarix : 2009 Jan 21
Kod 10058

Bakıda xəstəxana yandı

Azərbaycan paytaxtındakı Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında güclü yanğın olub
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan paytaxtındakı Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında güclü yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, yanğın bu gün saat 13.30 radələrində başlayıb. Xəstəxananın uşaq şöbəsində baş verən yanğının söndürülməsi üçün hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb edilib.

Artıq yanğının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
  • Yazılıb
  • da (də) 2009 Jan 21