Avropa parlamentinin sədri Xəzər dəizi qazını Avropaya nəql edəcə Nobukko layihəsində İranın iştirakı barədə maneələrin aradan qaldırılmasını istəyib
İİR servisi/Aran Agentliyi
Avropa parlamentinin sədri Xəzər dəizi qazını Avropaya nəql edəcə Nobukko layihəsində İranın iştirakı barədə maneələrin aradan qaldırılmasını istəyib.
Azeri.irib.ir saytına istinadlı xəbərinə görə , Avropa Parlamentinin sədri Hans Gert Poetrinq çərşənbə axşamı günü Brüsseldə Avropa Parlamenti binasında İranın xarici işlər nazirlinin Avropa məsələləri üzrə müavini Mehdi Səfəri ilə görüşdə həminin İranın nüvə enerjisinə sahib olmaq hüququna və rəsmi Tehranın regionun da sülh və dincliyinin bərqərarı üzrə mühüm roluna təkid edib. Poetrineq həmçinin son illərdə narkotik maddələrlə mübarizə haqda İranın maddi və mənəvi cəhətdən bu böyük işlərinə görə təşəkkür edərək AB- ilə İranın ikitərəfli əməkdaşlıqlarının genişləndirilməsini zəruri sayıb. Səfəri də Qəzzə zolağındakı cinayətlərə işarə edərək Sionist rejimin terrorçu hərəkətlərini və fələstinliləri qırğın etməsini pisləyib , Qərb ölkələri və AB-nin bu xüsusdakı ikili mövqeləri xüsusiyyət təşkil etməklə beynəlxalq qurumların bu haqdakı sükutunu tənqid edib . İranın xarici işlər nazirinin Avropa məsəlləri üzrə müavini İrandakı potensialları və gözə çarpacaq enerji mənbələrinə işarə edərək rəsmi Tehranın Avropanın ehtiyacı olduğu enerjisini təmin etməyə hazırlığını bildirib.