Tarix : 2009 Jan 22
Kod 10063

MÜSAVATÇI GƏNCLƏR POLİSLƏ TOQQUŞDU

Bu gün saat 12:30 radələrində Musavat Partiyasının fəalları Milli Teleradio Şurası qarşısında etiraz aksiyası keçiriblər
Azərbaycan Servisi/ARAN AGENTLİYİ

Bu gün saat 12:30 radələrində Musavat Partiyasının fəalları Milli Teleradio Şurası qarşısında etiraz aksiyası keçiriblər. “Yeni Müsavat” əməkdşının verdiyi xəbərə görə, aksiya başlamazdan öncə ərazi polis nəzarətinə götürülüb və Axundov və Xəqani küçələrində, “Sahil” bağında polis postları qurulub.

Saat 12 radələrində polislər Müsavat Partiyasının üzvü Yaşar Türkazəri həbs edib. Saat 12:30-da 10-dan artıq aksiya iştirakçısı əllərində “MTRŞ, radioları FM-ə qaytar!”, “Azad söz, azad KİV”, “BBS, “Azadlıq”, “Amerkanın səsi” - FM” şuarları tutaraq MTRŞ-na doğru yürüşə başlayıblar. Ərazidə olan polislər aksiya iştirakçılarının əllərində olan şuarları götürmək cəhdi etirazla qarşılanıb. Aksiya zamanı polis Müsavat Partiyası Xətai rayon təşkilatının sədri Mustafa Hacılını, Gənclər Təşkilatının sədri Tural Abbaslını, onun müavini Əhəd Məmmədlini, Ramin Baxışı, Cabir Hacıbəylini, Əli Həsənovu həbs edərək 39-cu polis bölməsinə aparıb. 39-cu polis bölməsində saxlanılan Mustafa Hacılıdan aldığımız məlumata görə, onlardan izahat alınıb: “Bölmədə bizdən 1 saat əvvəl izahat alınsa da, hələlik bizi buraxmırlar. Polislər deyirlər ki, ”yuxardan" göstəriş gözləyirlər". Aksiya ilə bağlı ətraflı məlumatla “Yeni Müsavat”ın sabahkı çap variantında tanış ola bilərsiz.

 

 

  • Yazılıb
  • da (də) 2009 Jan 22