Tarix : 2009 Jan 22
Kod 10079

İslam dünyası Fələstinə kömək etməlidir

ABŞ dövləti Sionist rejimi silah və hərbi sursat ilə təmin etmək yolu ilə dəstəklədiyi kimi İslam dünyası da Fələstinin müdafiə qabiliyyətinin artırılmasına kifayət qədər kömək etməlidirlər
İİR servisi/Aran Agentliyi

Böyük təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi deyib: ABŞ dövləti Sionist rejimi silah və hərbi sursat ilə təmin etmək yolu ilə dəstəklədiyi kimi İslam dünyası da Fələstinin müdafiə qabiliyyətinin artırılmasına kifayət qədər kömək etməlidirlər.
Fars Xəbər Agentliyinin məlumatına görə Ayətullah Məkarim Şirazi vurğulayıb ki, Sionist rejimin başçıları beynəlxalq məhkəmədə mühakimə edilməlidirlər.
Ayətullah Məkarim Şirazi əlavə edib ki, bütün ölkələrin xalqları öz dövlətləri qarşısında Sionist rejim başçılarının beynəlxalq məhkəmədə mühakimə olunmaları üçün ciddi tələb irəli sürməlidirlər.

  • Yazılıb
  • da (də) 2009 Jan 22