Tarix : 2009 Jan 23
Kod 10100

MUSAVAT PARTİYASI YENİ QƏZET AÇIR

İsa Qəmbər "Yeni Müsavat"ı Rauf Arifoğluna "bağışlayır"
Azərbaycan servisi/Aran Agentliyi

Müsavat Partiyası ilə "Yeni Müsavat" qəzeti arasında yaranan problemlər getdikcə böyüyür. Qaynar.info-ya özəl mənbələrdən daxil olan məlumata görə, partiya ilə birgə yerləşdiyi qərargahı tərk etməyə hazırlaşan "Yeni Müsavat" qəzetinin əvəzinə İsa Qəmbər yeni bir qəzetə stavka etmək fikrindədir.

Mənbənin məlumatına görə, yeni qəzet "Cümhürriyyət adlanır. Daha doğrusu, bu qəzet daha əvvvəllər də işıq üzü görüb. Hazırda nəşrini dayandıran qəzetin sahibi Könül xanımdır (Xanım Xəlilovanın qızı). İsa bəyin tapşırığı ilə hazırda qəzetin yenidən nəşrə başlaması üçün hüquqi məsələlər yoluna qoyulur. "Cümhürriyyət" qəzetinin mart referendumuna qədər nəşr olunması nəzərdə tutlub. Qəzetdə bir çox tanınmış imzaların birləşəcəyi gözlənilir. Baş redaktor vəzifəsinə Arif Hacılının qardaşı Mustafa Hacıbəylinin təyin olunacağı versiyası var.

"Yeni Müsavat" qəzetinin təsisçilik hüququnu isə İsa bəy Rauf Arifoğluna vermək və onunla yollarını birdəfəlik ayırmaq fikrindədir.

  • Yazılıb
  • da (də) 2009 Jan 23