Azərbaycan Respublikasında islamçı partiya və qruplar Bakı şəhər icra hakimiyyətindən Sionist rejimin Bakıdakı səfirliyi önündə etiraz aksiyasının keçirilməsinə icazə verməsini istəyiblər
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Respublikasında islamçı partiya və qruplar Bakı şəhər icra hakimiyyətindən Sionist rejimin Bakıdakı səfirliyi önündə etiraz aksiyasının keçirilməsinə icazə verməsini istəyiblər.
Bu etiraz aksiyası yanvar ayının 30-da səhər saat 11:00-da Sionist rejimin Bakıdakı səfirliyinin önündə, Həyat-Park otelinin qarşısında keçirilməlidir.
Fəzilət, İslam və Birlik partiyaları, Qarabağ Azadlıq təşkilatı və Ziyalılar hərəkatı birgə şəkildə bu istəyi irəli sürüblər.
Bu etiraz aksiyasında Sionist rejimin Qəzzə sakinlərinə qarşı soyqırımı və cinayətləri, habelə ABŞ-ın bu cinayətkar rejimə olan himayələri pislənəcək.
Yanvar ayının 1-i və 2-də, habelə Aşura günündə Sionist rejimin Bakıdakı səfirliyi önündə geniş etiraz aksiyaları keçirilib. Bu etiraz aksiyaları Bakı polisinin maneələri ilə üzləşib. Habelə son həftələr ərzində Nardaranın İmam Hüseyn meydanında Sionist rejimin cinayətlərinə qarşı geniş etiraz aksiyaları keçirilib.
Azərbaycan Respublikası son günlərdə Qəzzədə islami müqavimətin Sionist rejimə qələbə çalmasını sevinclə qarşılayıb.