Tarix : 2009 Jan 23
Kod 10102

Tehranın cümə namazı xütbələri

Tehranın cümə namazı xitabətçisi Corc Buşun yalnış siyasətləri nəticəsində ABŞ-ın öz imicini itirməsini bütün dövlət rəsmiləri üçün ibrət dərsi adlandırıb
İİR servisi/Aran Agentliyi

Tehranın cümə namazı xitabətçisi Corc Buşun yalnış siyasətləri nəticəsində ABŞ-ın öz imicini itirməsini bütün dövlət rəsmiləri üçün ibrət dərsi adlandırıb.
 
Azeri.irib.ir saytına istinadlı xəbərinə görə,
Tehranın bu həftəki cümə namazı xitabətçisi Ayətullah Məhəmməd İmami Kaşani Buş dövlətinin 8 il ərzində yürütdüyü siyasətlərə işarə edərək bu dövlətin öz məqsədlərinə nail olmaqda nakam qaldığını deyib və artırıb: ABŞ və Buşun təhqir olunması bütün dövlətlər və siyasətçilər üçün ibrət dərsidir.
Ayətullah Məhəmməd İmami Kaşani ABŞ-ın Sionist rejimin cinayətlərini dəstəkləməsinə işarə edərək Buşun İraq və Əfqanıstanda yol verdiyi cinayətləri xatırladıb və deyib: Bu cinayətlər nəticəsində bu gün dünyanın ümumi fikri ABŞ-ın əleyhinə səfərbər olub.
Tehranın cümə namazı xitabətçisi Barak Obamanın Ağ Evin siyasətlərində dəyişiklik aparacağı haqdakı vədlərini müsbət qarşılayaraq təkid edib ki, hazırda ABŞ-ın yeni hökuməti qarşısında səbir siyasəti yürütmək lazımdır.
Ayətullah İmami Kaşani habelə Sionist rejimin Qəzzədə törətdiyi faciəyə işarə edərək deyib: Bu gün sionistlərin məğlub olması və onların Qəzzədən geri çəkilməsi ilə İsrail rejim və onun himayəçiləri, o cümlədən bəzi ərəb ölkələri dünyada rüsvay olublar.

  • Yazılıb
  • da (də) 2009 Jan 23