Tarix : 2009 Jan 24
Kod 10106

İSRAİL TÜRKİYƏLİLƏRİN ETİRAZLARINDAN NARAHAT OLUB

Yəhudi lobbisi İstambulda 15 gün İsrail konsulluğunun mühasirə qalmasından narahat olub
Türkiyə servisi/ARAN AGENTLİYİ
Yəhudi lobbisi İstambulda 15 gün İsrail konsulluğunun mühasirə qalmasından narahat olub.

İslam-Azeri-nin Türkiyədəki müxbirinin verdiyi məlumata görə İsrailin Qəzzaya hücumlafrını etiraz edən minlərlə müsəlmanın İsrailin İstambuldakı konsulluğunu 15 gün mühasirədə saxlamasına görə Yəhudi lobbisi Türkiyə hökümətinə bunun üçün tədbirlər görməsini istəyib.

Məktubun mətni və imza qoyan yəhudi təşkilatları

Hörmətli Baş nazir Ərdoğan,

Sizə, son günlərdə Türkiyədə artan Yəhudi əleyhdarı nümayişlərdən duyduğumuz dərin narahatlığı izah etmək üçün yazırıq.
Bu hadisələr bizdə çətinlik və kədər yaradır. İsrail Konsulluğu qarşısında Yəhudilərə nifrət yağdırılır. İstanbulun hər yerindəYəhudi əleyhinə şüarlar yazılıb və ya deyilir. İstanbul Universiteti yaxınlığındakı bir mağazanın şüşəsinə "Sahibi Yəhudidir bundan alış-veriş etməyin" yazılı bir plokat asılmışdır. İzmir sinagoguna edilən hücum şəhərdəki tək sinagogu da haradasa bağlanılma nöqtəsinə gətirib.

Hökumətinizin Qəzza siyasəti və sizin son dövrdəki çox sərt ifadələrinizlə həmfikir deyilik. Qarşıdurmanın məsuliyyətinin Həmasda olduğuna və İsrailin özünü müdafiə etmə haqqını qorumağa məcbur olduğuna inanırıq. Amma yenə də, bu tip fikir ayrılıqlarının nə Türkiyədə nə də başqa biryerdə anti-Semitizm üzərindən əks etdirilməsi haqlı sayıla bilməz.

Türkiyə əsrlərdir Yəhudilərin yaşadığı bir torpaq olmaqla haqlı olaraq öyünür. Amma bu gün Türkiyədəki Yəhudi dostlarımız özlərini mühasirə edilmiş və təhdid altında hiss edirlər. Ölkədə yüksələn anti-Semitizm ilə rəsmi mövqelərin mühiti alovlandıran ifadələri arasında bir bağ olduğu ortadadır.

Türkiyənin bölgəsindəki əhəmiyyətli rolunu anlayırıq. Türkiyə cümhuriyyəti ilə dərin keçmişi olan bir dostluğumuz və Hökumətiniz ilə olan əlaqəmizə də böyük dəyər veririk. Daha əvvəllər anti-Semitizmi insanlıq cinayəti sayan görüşlərinə görə, dərin narahatlıqlarımızı bildirir və bu xoş olmayan hadisələri diqqətinizə təqdim edirik.


İmza atan təşkilat və qurumlar:
American Jewish Committee-Amerikan Yəhudi Komitəsi (AJC): 1906-cı ildə ABŞ-da Rus immiqrant Yəhudilər tərəfindən qurulmuş ən köklü təşkilatlardandır. Başçısı David Harris. New Yorkdakı ana mərkəzi xaricində 29 şöbəsi, 3 müstəqil quruluşu və ABŞ xaricində də 8 ofisi, 175 min üzvü və 50 milyon dollarlıq bir büdcəsi var.

Anti-Defamation League-İftira ilə Mübarizə Birliyi (ADL): 1913-cü ildə Yəhudilərin ədalətli rəftar görməsi və böhtanlara qarşı qorunması üçün quruldu. Başçısı Abraham Foxman, hər il ən az iki dəfə Türkiyəyə gələn və Ankarada Baş naziri ziyarət edən bir kəs. Baş nazir Ərdoğana 2005-ci ildə "Cəsarət Mükafatı" vermişdi.

B'nai B'rith: Yəhudi əleyhdarlığıyla mübarizədəki ən böyük beynəlxalq qrup. 1843-ci ildən fəaliyyət göstərir. 50 ölkəyə məşhur bir təsir şəbəkəsi var.

Conference of Presidents of Major American Jewish Organisations-ABD Yəhudi Dərnəkləri Başçıları Konfransı (CPMAJO): ABŞ-dakı 51 böyük Yəhudi quruluşunun başçılarının meydana gətirdiyi təşkilat birliyi. 50 ildir fəaliyyət göstərir. Məktuba imza qoyan ad İcra təşkilat sədri Malcolm Honlein.

Jewish Institute for National Security Affairs-Milli Təhlükəsizlik İşləri üçün Yəhudi İnstitutu (JINSA): 1973-dəki Yom Kippur Döyüşündən sonra quruldu. 17000 üzvü var. Köhnə baş nazir Tansu Çillər, təqaüdçü General Çevik bu quruluşun mükafat verdiyi adlar sırasındadır.

Bununla bağlı İslam-Azeri-nin Türkiyə müxbiri İsra Mədəniyyət Mərkəzinin rəhbəri Nürəddin Şirindən münasibət öyrənib.

O da bu barədə xəbərləri olduğu və İstambulda İsrail konsulluğunun mühasirəyə alınmasını İsrail üçün şok verici bir zərbə olduğunu bildirib. Ancaq bu cür məktubların və ya rəsmi notaların müsəlmanların birliyinə və etirazlarının qarşısının alınmasına inanmadığını bildirib. "İsrail Qəzzaya girərsə biz yenə İstambullu müsəlmanlar kimi İsrailin İstambuldakı konsulluğunu mühasirəyə alacaq və öz etirazlarımızı çoxaldacağız"-deyən Nürəddin Şirin Azərbaycandakı etirazların da icazəli olmadığını ancaq dəfələrlə bu etirazların İsrail səfirliyinin narahat olmasına səbəb olduğunu misal gətirərək onlarında etdiklərinin dövlət tərəfindən izazəsinin olmadığına, ancaq Türkiyədəki vəziyyətin artıq 20 il öncəki olmadığını önə çəkib".
 
  • Yazılıb
  • da (də) 2009 Jan 24