bu gün səhər 11:00-da 20-30 nəfər qara maskalı polis Nərimanov rayonunda yerləşən Azərbaycan İslam partiyasının qərargahının olduğu ofisə basqın ediblər
Azərbaycan servisi/Aran Agentliyi
Nərimanov polisi İslam Partiyasının ofisinə sanksiya göstərmədən içəriyə giriblər.
İslam-Azeri-yə İslam Partiyasının mətbuat xidmətindən verilən xəbərə görə bu gün səhər 11:00-da 20-30 nəfər qara maskalı polis Nərimanov rayonunda yerləşən Azərbaycan İslam partiyasının qərargahının olduğu ofisə basqın ediblər.
Basqın zamanı partiyanın üzvləri Nardaran sakinləri 4 nəfər Hacı Natiq Kərimov, Hacı Əli Hüseynov, Hacı Fəyyaz Nəbizadə və oğlu İrfan Nəbizadə heç bir dəlil və fakt olmadan polis idarəsinə aparılıblar.
İslam partiyasından aldığımız məlumata görə polis sanksiya göstərmədən İslam partiyasının ofisinə daxil olub.
Axşam aldığımız məlumata görə Hacı Natiq Kərimov, Hacı Fəyyaz Nəbizadə və oğlu İrfan Nəbizadə azad edilib, Hacı Əli Hüseynov isə hələ azadlığa buraxılmayıb.