Yəhudi Lobbisinin Türkiyə baş nazirinə məktub yazaraq qeyri rəsmi notalarından sonra Türkiyəli müsəlmanlar narahatçılıq içərisində ayağa qalxdı
Türkiyə servisi/Aran Agentliyi
Yəhudi Lobbisinin Türkiyə baş nazirinə məktub yazaraq qeyri rəsmi notalarından sonra Türkiyəli müsəlmanlar narahatçılıq içərisində ayağa qalxdı.
İslam-Azeri-nin Türkiyə müxbirinin verdiyi məlumata görə bu gün günorta saatlarında İstambulda Türkiyəli müsəlmanlar Yəhudi Lobbisinin Türkiyə baş nazirinə məktub yazaraq qeyri rəsmi notalarına etiraz ediblər.
Onlar İsrailin və yəhudi lobbisinin bu təhdidlərindən sonra baş nazirin Fələstin siyasətini dəyişdirmək tələbi edən sionistlərə "rədd" cavabı verilməsi xahiş edilib.
22 min imza ilə toplanmış bir məktub isə Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğana göndərilib.
Bu məktubu sizə təqdim edirik:
Baş naziri Rəcəb Tayyib Ərdoğana
İrqçi İsrail Terror Rejimi, insancıl hüququ və beynəlxalq hüquq qaydalarını heçə sayaraq; sözdə quruluş müddətindən bu yana davamlı insanlıq cinayəti işləməkdə və terror həyata keçirməkdədir. Uzun müddətdir davam etdirdiyi embarqo səbəbilə zatən ciddi bir çətinlik içərisindəki Fələstinlilərə, 27 dekabrda başlatdığı son qırğınla İsrail, ölkəmiz başda olmaq üzrə bütün dünya xalqlarını etirazlara sövq etmişdir.
İrqçi İsrail Terror Rejimi, xalqın seçkisi ilə iş başına gəlmiş olan Həması bəhanə göstərərək bu hücumlarına səbəblər axtarmaqdadır. Halbuki Fələstin xalqının torpaqlarını İsrail işğal etmiş və illərdir ortaya qoyduğu zülmlə bütün dünyada nifrət yığmışdır. İsrailin Qəzza hücumu ilə yarısını uşaq və qadınların meydana gətirdiyi və haradasa mülkü vətəndaşlardan ibarət insanların qanına qəltan edərək yaranan qırğında BMT daxil olmaqla döyüş cinayəti işləndiyi aşkar edilmişdir. Bu vəziyyət qarşısında da bütün ölkəmizdə xalqımız İsrailə qarşı hər cür hüquqi etiraz reaksiyasını və Fələstin xalqına dəstəyini demək olar Türkiyənin hər küçəsində ortaya qoymuşdur. Bütün dünyanı ayağa qaldıran Qəzza qırğını qarşısında İstanbulda olan İsrail konsulluğunun bağlanılması üçün də işğal və qırğın davam etdiyi müddətcə 7-dən 77-yə xalqımızın hər seqmentindən minlərlə insan özbaşına reaksiya ortaya qoymuş və hər gün hər tərəfdən minlərlə insan konsulluq önünə axın etmişdir. Bu reaksiya hər yerdə ən mənalı reaksiya olaraq da əks-sədasını tapmışdır.
23 Yanvar 2009 tarixində media vasitəsilə öyrəndiyimiz məlumata görə sizə beş Yəhudi təşkilatı tərəfindən bir məktub göndərilərək bəzi notalar vermişdirlər. Əvvəlcə bu quruluşların İrqçi İsrail Terror Rejiminin etdiyi və bütün insanlığı təhdid edən qırğınlarına göstərilən reaksiyaları anti-semitizm yayılması olaraq önə sürməsi xalqımız tərəfindən qəbul edilmədiyi kimi sizin tərəfinizdən də əsla qəbul edilməməsi lazımdır. İsrailin etdiyi bütün insan haqlarını kobud pozması Yəhudi lobbilər tərəfindən davamlı dəstəklənildiyi kimi əksinə olan hər hərəkət və tutumda bu səbəb ilə qiymətləndirilib eyni məqsədə xidmət edilməkdədir. Qaldı ki dünyada və ölkəmizdə inkişaf edən bir anti-semitizmdən bəhs ediləcəksə bunu İsrailin işğal və qırğınları nəticəsi olaraq axtarmaq və təsbit etmək çox daha dəqiq bir nəticədir. Həmçinin eyni məktubda İsrailin özünü müdafiə etmə haqqı səbəb göstərilərək bütün insanlığa qarşı işlədiyi döyüş cinayəti dünya tərəfindən görməməzliyə vurulmmaqdadır.
Eyni məktubda Türkiyə Yəhudi camaatının da narahatlıq içərisində olduğu ifadə edilməkdədir. Xalqımız əsrlərdir fərqli din, etnik vs… fərqlilikləriylə bir yerdə barış içərisində yaşaya bilməyi bütün dünyaya göstərmiş bir xalqdır. Bu belə ikən əgər bir narahatlıq varsa o da İsrailin dünyaya söykədiyi hüquqsuzluqla bütün yer üzündəki vətəndaş insanlar üçün yaradılan narahatlıqdır. Çünki İsrailin ortaya qoyduğu qayda tanımazlıq nüvə silahlanmadan daha təhlükəli və narahatlıq vericidir.
Bütün bu vəziyyətlər göz qarşısında saxlanıldığında sizə çatdırıldığı edilən məktub və məzmuna qarşı Türkiyədə və dünyadakı xalqların ortaq rəftarının qarşılığı olaraq dünyadakı bütün Yəhudi camaatının İsrailə qarşı bir tutum götürməsi lazımlılığı barəsində və gərək konsulluq önündəki tələblər çərçivəsində gərəksə sizə əlavədə təqdim etdiyimiz 22.000 nəfərin imzası ilə məktubun gərəyi olaraq İsrail ilə edilən bütün iqtisadi və hərbi razılaşmaların ləğvi ilə İsrail elçilik və konsulluğun bağlanılması üçün nə lazımdırsa edilməsini tələb edirik.
26.01.2009
Fələstin Üçün Türkiyə Vətəndaş Cəhdi adına
Məhəmməd İkbal KÖSEOĞLU
İsrail və Yəhudi lobbisinə isə Türkiyə hökümətinin sözcüsü Cəmil Çiçək cavab verib.
O, Türkiyədəki musəvilərin (yəhudi) heç bir təhdidlə yaşamadığını və dövlətdə bərabər hüquqa sahib olduğunu bildirib. O İsrailin çoxsaylı mülkü vətəndaşların öldürüldüyü və yaralandığı Qəzza hücumlarını dəstəkləməyəcəklərini və bu siyasətə qarşı olduqlarını bildirib.