Tarix : 2009 Jan 26
Kod 10168

Qəzzənin qələbəsi inkaredilməz həqiqətdir

Sionist rejim müharibənin bir neçə gün ərzində başa çatacağı və Fələstin İslami Müqavimət təşkilatı -Həmasın qanuni dövlətini məhv edəcəyini zənn edirdi
İİR servisi/Aran Agentliyi

TEHRAN AZƏRİ RADİOSU: İİR Quruluşu Məsləhət Şurasının sədri vurğulayıb: Qəzzə qələbəsi bir həqiqətdir ki, imperialist medialar onu gizlədə bilməzlər.
İİR Quruluşu Məsləhət Şurasının sədri Əliəkbər Haşimi Rəfsəncani Dünən Tehranda "Qəzzə zəfəri kimi böyük qəhrəmanlıq" adı altında keçirilən müqavimətin 2-ci qələbəsi üzrə şənlik mərasimində deyib: Sionist rejim müharibənin bir neçə gün ərzində başa çatacağı və Fələstin İslami Müqavimət təşkilatı -Həmasın qanuni dövlətini məhv edəcəyini zənn edirdi. Lakin böyük səhvə yol vermiş oldu və məyus olduqda Qəzzədən "zərər çəkmiş" kimi geri çəkildi. O Qəzzəyə təcavüzdən bir dərs aldı ki, heç zaman onu unutmayacaq.
Haşimi Rəfsəncani qeyd edib ki, hazırda işğal olunmuş ərazilərin medialarında Sionist rejim ilə onun ordusuna qarşı tənqidi təhlillər başlanıb.
O artırıb ki, hətta bu rejimin hamiləri bu hücumun uğursuz olması və müqavimətin qalib gəlməsini etiraf edirlər.
Haşimi Rəfsəncani Sionist rejimin Qəzzəyə qarşı hərtərəfli hücumlarını özbaşına bir hərəkət bilməyərək deyib: Avropa və Amerikada bu zalımcasına hücumu öncədən təsdiqləmişdilər.
İİR Quruluşu Məsləhət Şurasının sədri habelə iranlı dalğıclar tərəfindən Qəzzə sahillərində Həmasa silah təhvili ittihamının İran xalqı üçün bir iftixar olduğunu bildirərək deyib: Biz bu töhmətlərdən nigaran deyilik. Fələstin öz xalqının müqaviməti ilə bir nəticə əldə etməlidir və Qüdsün azadlığı üzrə ən mühüm qüvvə bu məntəqənin öz xalqıdır.
Haşimi Rəfsəncani artırıb: Müqavimət ilə terrorizm arasındakı fərq öz haqqını müdafiədir. Öz canları və namuslarını müdafiə edən Fələstin və Livan xalqlarının müqavimətinə terrorizm adı qoyulmamalıdır. Terroristlər o kəslərdir ki, camaatı evində qırır və dəhşət yaradır.

  • Yazılıb
  • da (də) 2009 Jan 26