Tarix : 2009 Jan 26
Kod 10169

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xameneyinin HƏMAS-ın baş naziri İsmayıl Haniyəyə yazdı...

.
İİR servisi/Aran Agentliyi
Böyük İslam İnqilabın Rəhbəri Həzrət Ayətullah Xameneyi HƏMAS-ın baş naziri İsmayıl Haniyəyə göndərdiyi məktubunda Qəzzanın məzlum, eyni zamanda “səbirli, fədakar və şücaətli” mücahidlərinin sionist rejimin tam silahlanmış ordusunu məğlub etməsinə işarə edərək bildirmişdir: “Tarixin ən faciəli dəhşətli cinayətlərindən birinin müqabilində sizin və Qəzza xalqının iman və şərəfli müqaviməti Amerikanı və sionist rejimi himayə edənləri, xainləri və İslam ümmətinin münafiqlərini rüsvay etmişdir. Həmçinin İslam ümmətinin bayrağını daha da ucaltmağa çalışmaq bəşər əleyhinə olan düşməni hər gün daha çox zillətə düçar edəcəkdir”.
Məktubun mətnini diqqətinizə çatdırırıq:  
“Mehriban və bağışlayan Allahın adı ilə!
Salam olsun əziz və mücahid qardaşım İsmayıl Haniyəyə.
Sizin 20 günlük səbriniz şücaətli mücahidlərin, canlarından keçmiş şəhidlərin və mübariz Qəzza xalqının izzət bayrağını dünyanın və tarixin ən faciəli müharibə cinayətlərindən birinin qarşısında İslam ümmətinin başı üzərində dalğalandırmağa başlamışdır. Siz isbat etdiniz ki, Allaha, qiyamətə və böyük ruha imanla dolu olan ürək zülm və zorakılıq qarşısında zilləti və təslimçiliyi qəbul etmir, elə bir qüdrət yaradır ki, zülmkar və tam silahlanmış ordu belə onun qarşısında gücsüz və zəlildir. Elə bir ordu ki, sizin fədakarlıq və şəhidliyə can atma istəyiniz və gücünüz 20 gündür ki, onu Qəzza qapıları arxasında alçaltmışdır. Bu, o ordudur ki, 6 gün ərzində 3 ərəb ölkəsinin böyük bir hissəsini işğal etmişdir. Öz iman və təvəkkülünüz, İlahi vədəyə olan hüsnü-zəniniz, səbriniz, şücaətiniz və fədakarlığınızla fəxr etməlisiniz ki, bu gün bütün müsəlmanlar sizinlə fəxr edirlər. Bu günə qədər sizin etdiyiniz cihad Amerikanı, sionist rejimi, eləcə də onları himayə edənləri, BMT və İslam ümmətinin münafiqlərini rüsvay etmişdir. 
Bu gün nəinki təkcə müsəlman millətləri, hətta Avropa, Amerika millətlərinin böyük bir hissəsi sizin haqq yolunda olmağınızı ürəkdən qəbul edirlər. Siz bu gün də qələbə çalmısınız və İnşaallah, bu şərəfli müqavimətinizi davam etdirməyinizlə gücsüz və bəşər əleyhinə olan düşmən daha çox zillətə düşəcək və məğlub olacaqdır.
Biliniz:
“(Ya Muhəmməd!) Rəbbin səni nə tərk etdi, nə də sənə acığı tutdu” (“Zuha” surəsi, ayə 3).
 Həmçinin:
“Məgər (O) səni yetim ikən tapıb sığınacaq və pənah vermədimi?” (“Zuha” surəsi, ayə 6).
Bununla belə bizim ürəyimiz qanlı hadisələr və fələstinli mülki şəxslərin faciələrinə, xüsusilə məzlum və günahsız uşaqlara görə qanla doludur. Hər gün televiziya kanallarında bir neçə dəfə yayımlanan Fələstin qəsbkarlarının törətdiyi qorxunc cinayətlər xalqımızı məəttəl qoymuş və əzadar etmişdir. Böyük Allah sizə əcr və səbr versin.
Biliniz, Allahın vədəsi düzdür ki, buyurub:
وَ لَیَنْصُرَنَّ اللَّهُ مَنْ یَنْصُرُهُ
Ərəb xainləri bilsinlər ki, onların taleləri “Əhzab” müharibəsinin yəhudilərinin taleyindən yaxşı olmayacaqdır ki, o zaman Allah belə buyurmuşdur:
و اَنزَلَ الَّذین ظَاهَرُوهُم مِن اَهلِ الكِتَاب وَ مِن صَیَاصِیِهم ...
“Allah kitab əhlindən onlara (kafirlərə) kömək edənləri, öz hasarlarından (qalalarından) endirdi...” (“Əhzab” surəsi, ayə 26)
Xalqlar Qəzza xalqı və mücahidlərlədir. Hər dövlət bunun əksinə əməl etsə, özü ilə milləti arasında “fasilə”ni daha da dərinləşdirəcək və belə dövlətlərin taleyi də aydındır. Onlar öz yaşayışları və abır-həyalarının fikrindədirlərsə, Əlinin (ə) sözünü xatırlamalıdırlar:
المَوتُ فی حَیاتِكُم مَقهورین وَ الحَیاةُ فی مَوتِكم قاهِرین
Sizə, Qəzza mübarizlərinə, bütün məzlum və müqavimət göstərənlərə salam deyirəm. İran İslam Respublikası sizə olunan köməklikləri öz mənəvi borcu bilir, gecə-gündüz sizə dua edir və Allahdan sizin üçün səbr və kömək diləyir”.
Seyid Əli Hüseyni Xameneyi
18 Məhərrəm 1430
 
  • Yazılıb
  • da (də) 2009 Jan 26