Azərbaycan R-da Ziyalılar hərəkatının rəhbəri Eldəniz Quliyev Sionist rejimin Bakıdakı səfirliyi önündə siyasi partiyalar və qurumlardan bəzisinin anti-İsrail piket keçirmələrindən xəbər verib
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan R-da Ziyalılar hərəkatının rəhbəri Eldəniz Quliyev Sionist rejimin Bakıdakı səfirliyi önündə siyasi partiyalar və qurumlardan bəzisinin anti-İsrail piket keçirmələrindən xəbər verib.
Quliyevin sözlərinə görə Qarabağ Azadlıq təşkilatı, Yaşıllar partiyası, həmçinin İslam və Fəzilət partiyaları Bakı meriyasından anti-sionist piketin keçirilməsinə icazə verməsini tələb ediblər.
O deyib: Yanvarın 30-da keçirilməli olan bu piketdə bu qurum və partiyaların nümayəndələrindən yüzlərlə nəfər iştirak edəcək.
Politoloqlar Arazın şimalında xalq kütlələri, partiyalar, siyasi qurumlar və təşkilatların anti-sionist aksiyalarının keçirilməsi sahəsində olan bu səylərin cərəyan etməsini Sionist rejimin Bakıdakı səfirliyi fəaliyyətlərinin dayandırılması üçün maraqlı olduqlarına bir arqument bilirlər.